Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərkük küçələrinə türkcə lövhələr asılır - Foto

İraqın Kərkük şəhərində türk dili rəsmi dil olaraq qəbul edildikdən sonra hökumət binalarında və küçələrdə türkcə lövhələr asılıb...

Poliqon Türkiyənin "Hürriyət" qəzetinə isrinadən xəbər verir ki, Kərkük valiliyinin ötən bazar ertəsi verdiyi açıqlamada 2008-ci ildə İraqın türkmən şəhəri Kərkükdə türkcənin rəsmi dil olması ilə bağlı qəbul edilən qərarın qüvvəyə mindiyi açıqlanmışdı.

Kərkük valisi Rakan Əl-Cuburinin verdiyi rəsmi qərardan sonra bütün rəsmi ofislərdə, eləcə də hava limanında və əsas küçələrdə türkcə lövhələr asılıb.

Valiliyin Media və Kommunikasiyalar üzrə məsul işçisi Mervan El-Ani bildirib ki, Kərkükdə 250 rəsmi ofisdə ərəb, kürd və Süriyani dili ilə yanaşı, türkcə yazılar olan lövhələr asılır.

“Şəhərdə əsas dil olaraq türkcə istifadə olunacaq. Vali Rakan Əl-Cuburinin verdiyi qərarla Kərkükdə fərqli dillər eyni vaxtda istifadə olunur. Hər kəs birlik və bərabərlik şəraitində yaşamalı, hər kəsin öz dilini öyrənmək hüququ olmalıdır", deyə Mervan El-Ani bildirib.

Kərkük vətəndaşı İbrahim Şehap "Lövhələrə türk dilinin əlavə edilməsi bizim üçün daha rahatdır. Düzdür, bunu çox gec etdilər, amma Allaha şükürlər olsun ki, türkcə lövhələri gördük və ümid edirik ki, bu, bütün lövhələrdə olacaq", deyib.

Cəmil Nurəddin adlı başqa bir Kərkük sakini isə bunları verib: "Türkmən məktəblərində oxuduğum üçün ərəb və kürd dillərini başa düşə bilmirdim. Lövhələrə yazılan türkcə sözlərlə isə ərəbcə və kürdcə yazıların nə demək olduğunu öyrəndim. Bu qərardan sonra mən də mağazamın lövhəsini dəyişəcəyəm. Ora türkcə yazacam və buna çox sevinirəm".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Ən çox oxunanalar