Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamil Zeynallının cəbhə bölgəsinə səfərlərini kim təşkil edir

Tanınmış fitnes müəllimi Kamil Zeynallı ilə bağlı qalmaqallar davam edir. İdmançının cəbhə bölgəsinə getməsi, yardımlar aparması sosial şəbəkələrdə maraqla qarşılansa da onun bir neçə dəfə inzibati qaydada həbsi də baş verib.

Hələ müharibənin qızğın dönəmlərində Kamilin Füzuliyə getməsi və orada video çəkilişlər apararaq, sosial şəbəklərdə yayması faktına görə barəsində 30 günlük həbs verildi. Ancaq həbsdən çıxan Kamil Zeynallı eyni qaydada fəaliyyətinə davam etdi. Onun növbəti həbsi isə Kəlbəcərdən qayıdarkən baş verdi.

Baş verənlər isə maraqlı məqamları ortaya çıxarır. Belə ki, sərbəst şəkildə hərbi hissələrə gedən, döyüş bölgələrinə daxil olan, hərbi texnikalara minərək, foto-video çəkilişləri edən Kamil hərbi hissə komandirləri və əsgərlərlə də görüntülərini yaymaqdan çəkinmir.

Bu isə onun səfərlərinin birbaşa Müdafiə Nazirliyinin rəhbərliyinin razılığı ilə həyata keçirildiyini deməyə əsas verir.


Kamil Zeynallının qanunazidd hərəkətlərinə isə Daxili İşlər Nazirliyi göz yummur. Onun barəsində hər dəfə tədbir görsə də Müdafiə Nazirliyi ona növbəti dəfə yol açmaqla sanki daxili işlər orqanlarına acıq verir.

Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı isə Gununsesi.info-nun məsələ ilə bağlı sorğusunu cavablandırmaqdan yayınıb.

Belə ki, saytın əməkdaşının “Kamil Zeynallının döyüş xəttinə, postlara girişini kim təşkil edir” sualına Vaqif Dərgahlı “sorğunuzu yazılı göndərin, cavablayaq” deyərək, danışmaqdan imtina edib.

Ümid edirik ki, Müdafiə Nazirliyi yaranmış situasiyaya aydınlıq gətirəcək.

pia.az 


Etiket: Kamil Zeynallı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar