Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildən İlham Əliyevə seçki dəstəyi


Yəhudi mediasında Azərbaycan prezidentinin siyasətini dəstəkləyən çoxsaylı yazılar dərc olundu: “Əliyev Qərbin, xüsusən İsrailin yaxın dostu və müttəfiqidir”


Azərbaycanda seçkiqabağı təbliğat kampaniyasının yeni başladığı bir vaxtda İsrail mediasında prezident İlham Əliyevin siyasətini və yəhudi dövləti ilə münasibətlərini yüksək qiymətləndirən çoxsaylı yazılar dərc olunub.

Virtualaz.org-un İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkənin “Jewish Telegraph Agency” agentliyinin əməkdaşı tərəfindən hazırlanan, “The Times of İsrael”, “The Jewish Daily Forward” və digər nəşrlərdə dərc olunan məqalədə deyilir ki, Azərbaycan İlham Əliyevin prezidentliyi dövründə İrana məhəl qoymayaraq İsraillə sıx tərəfdaşlıq münasibətləri qurub.

İsrailli jurnalist Azərbaycanda seçki kampaniyasının artıq başladığını, hər yerdə İlham Əliyevin gülümsəyən portretlərinin gözə dəydiyini, bu seçkilərdə Əliyevin qələbəsinin mübahisə doğurmadığını yazıb.

Məqalədə deyilir ki, 2003-cü ildə hakimiyyət başına gələn İlham Əliyevin prezidentliyi bu gənc respublikaya rifah və çiçəklənmə gətirib. Baxmayaraq ki, korrupsiya və insan haqlarının pozulması halları da geniş yayılıb.

“Lakin Qərb, xüsusən İsrail üçün Əliyev yaxın dost və Azərbaycanı İranın kölgəsindən çıxararaq strateji müttəfiqə çevirən, İsrail silahlarının kütləvi şəkildə alıcısı və bu ölkənin enerjiyə tələbatını ödəyən azsaylı ölkələrdən birinə çevirmiş dəyişikliklərin müəllifidir” - deyə məqalədə bildirilir.

İsrailin Avropa Birliyindəki keçmiş səfiri, bu ölkənin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun keçmiş direktoru Oded Eran deyir ki, İsraillə Azərbaycan arasında əməkdaşlıq siyasi amillərlə mürəkkəbləşir. Lakin buna baxmayaraq münasibətlər inkişaf edir, çünki bunun iqtisadi baxımdan hər iki tərəfə əhəmiyyəti var.

Azərbaycan İsrail üçün etibarlı neft təchizatçısıdır. İsrail isə yüksək texnologiyaların və silahların etibarlı təchizatçısıdır” - deyə Oded Eran bildirir.

Məqalədə deyilir ki, Azərbaycan İsraildə hələ də səfirlik açmasa da iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dolları keçir. Məqalədə WikiLeaks saytında açılan Amerika diplomatik teleqramlarından da sitat gətirilir və bildirilir ki, İsraillə Azərbaycan arasındakı münasibətlərin üzdə olan tərəfi aysberqi xatırladır. Hansı ki, bu münasibətlərin onda doqquz hissəsi nəzərə çarpmır.

Məqalədə İlham Əliyevin İsraillə münasibətləri inkişaf etdirmək üçün atdığı addımlardan, bu ilin mayında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ilk dəfə İsrailə səfər etməsindən də danışılır. Bildirilir ki, Azərbaycan İsraillə münasibətlərini cənub qonşusu İranın təhdidlərinə baxmayaraq dərinləşdirib. Baxmayaraq ki, ənənəvi olaraq Azərbaycan öz qonşusuna İslam inqilabı ixrac etməyə çalışan İranla ehtiyatlı siyasət aparırdı.



Məqalədə İranın Azərbaycanda İsrail və ABŞ səfirliklərinə qarşı planlaşdırdığı terror hücumlarından, habelə Qərb KİV-lərində Azərbaycanın öz hərbi aerodromlarını İranı bombalamaq üçün İsrailə verməyə razılaşması barədə çıxan xəbərlərdən də bəhs olunur. İsrailin Bakıdakı səfiri Rafael Harpez isə bu xəbərləri “Ceyms Bond əhvalatı” ilə müqayisə edir.

“Lakin Azərbaycan regionda vəziyyəti destabilizə etmək səylərinə qarşı cəsarətli səylər göstərir” - deyə səfir bildirir.

Rafael Harpez deyir ki, əksər müsəlman ölkələrində yayılmış antisemit hissləri Azərbaycanda faktiki olaraq mövcud deyil: “Ölkədə din azadlıqları təmin olunub, qonşu İrandan fərqli olaraq Azərbaycanda dəblə, açıq-saçıq geyinmiş qadınlar türk və rus populyar hitlərinin sədaları altında gecə barlarında və klublarında rəqs edirlər”.

Diplomat bildirir ki, Azərbaycanın iqtisadi uğurları və liberal dəyərlərə üstünlük verməsi İrandakı qapalı rejimlə ziddiyyət təşkil edir: “Yəqin ki, bu da molla rejimi üçün əlverişsiz vəziyyət yaradır”. 

Virtualaz.org


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar