Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimov məhkəmə sədrləri ilə iclas keçirib - Foto

Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən ixtisaslaşmış və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə avqustun 4-də görüş keçirilib.

Bu barədə Məhkəmə Hüquq Şurası məlumat yayıb.

İnam Kərimov çıxışında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən islahatları diqqətə çatdırıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Bildirilib ki, yeni tərkibdə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası tərəfindən artıq qısa müddət ərzində müxtəlif istiqamətlərdə, o cümlədən hakimlərin seçim prosesinin sadələşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər sahələrdə konkret hədəflər müəyyən edilib.

Eyni zamanda, məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyi, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin bundan sonra da həyata keçiriləcəyi diqqətə çatdırılıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.

Görüşdə, həmçinin digər mövzular ətrafında müzakirələr aparılıb.

Fotolar

Poliqon.info 


Etiket: İclas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar