Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrükdə yaşıl dəhliz: Yalnız sədrin qohumları üçün imiş... 

Azərbaycan gömrüyündə sular durulmur...

Az qala 20 ildir ki, gömrükdə mövcud olan problemlər qalır. Qaçaqmalçılıq, aksizsiz tütün məhsulları və spirtli içkilərin daxili bazarda total satışı.

Rüşvət, korrupsiya, iş adamları üçün yaradılan bəyənnamə problemləri. Və nəhayət bütün dünyanın illərdir gömrük sistemində istifadə etdiyi "Yaşıl dəhliz"dən yararlanma. Azərbaycanda bu sistemdən kimlər istifadə edə bilir. Ölkəyə daxil olan Tırların öncədən bəyənnamə dolduraraq növbəyə dayanmadan keçid probleminin həlli mümkünsüz görünür.

İnformasiyaya əsasən Azərbaycana daxil olan və "Yaşıl dəhliz"dən istifadə etmək imkanları da əslində daxili bazarda monopoliyaya başçılıq edənlərə məxsusdur. Sıradan bir iş adamı, sahibkara ən müxtəlif bəhanələrlə bu yenilikdən istifadə imkanları tanınmır.

Süni əngəllər yaraılıaraq onların bu mütərəqqi sistemdən yararlanaraq daxili bazarda rəqabət imkanları qazanması, saxlanc yerlərinə, anbarlara daşınmadan idxal edilən mal və məhsulların birbaşa olaraq sahibkara çatdırılmasında problemlər yaradılır.

Gundeminfo.az-a müraciət edən iş adamları iddia edir ki, idxalatla məşğul olan iş adamları rəsmi olaraq bəyənnamələrini və hesabatlarını verdikdən sonra ən çox mallarının Dövlət Gömrük Komitəsinə məxsus saxlanc yerlərindən çıxarmaqda çətinlik çəkirlər. Bazara mal çıxarmaq aylarla çətinləşir. Hətta bəzən daxili bazarda qiymətlərin artması və azalması səbəbindən yerli sahibkarlar ciddi böhranla üzləşməli olurlar.

İnformasiyaya əsasən gömrük sistemində "Yaşıl dəhliz"dən istifadə ednələr komitəsədri Səfər Mehdiyevinyaxın ətrafında topladığı iş adamlarıdır.

Bütün iddialarla bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini dinləməyə hazırıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay