Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fitch”: Azərbaycan iqtisadiyyatında artım tədricən bərpa olunur  

2017-ci ildə Azərbaycan iqtisadiyyatı 0,1%-lik artımdan sonra bu ilin 9 ayında 0,8% artıb

PİA.az "Report"-a istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-neft sektorunda artım 1% təşkil edib.

Agentliyin mütəxəssisləri qeyd edib ki, 2017-ci ilin sonuna 12,9%-lik inflyasiya əhəmiyyətli dərəcədə azalaraq bu ilin oktyabrın sonuna 2,4% təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ay uçot dərəcəsini 9,75%-ə qədər azaldıb. Ümumiyyətlə, il ərzində bu göstərici 5,25% azalıb. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2017-ci ilin sonuna 36 milyard ABŞ dollarından bu ilin sentyabrın sonuna 39 milyard ABŞ dollara qədər artıb. Bu göstəricilər Azərbaycan iqtisadiyyatında artımın tədricən bərpa olunduğunu təsdiq edir”, - deyə məlumatda vurğulanıb.

“Fitch”in qiymətləndirmələrinə görə, bu amillər qeyri-neft sektoruna sərmayələrin artmasına və pul-kredit siyasətinin yumşaldılmasına imkan verib:

“Bizim fikrimizcə, bank sektorunda dollarlaşmanın səviyyəsinin azalmasına baxmayaraq, hələ də bu göstərici yüksək olaraq qalır ki, bu da pul-kredit siyasətinin effektliliyini məhdudlaşdırır. İnflyasiyanın hədəflənməsi rejiminə keçidə gəlincə, bu, ortamüddətli hədəf olaraq qalır”.

Agentliyin mütəxəssisləri hesab edir ki, yeni büdcə qaydaları xərclərin maksimum həddini müəyyənləşdirməklə ehtiyatlı maliyyə siyasətini özündə ehtiva edir.

Xatırladaq ki, bu ilin iyulunda “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxaraq reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq edib.

pia.az


Etiket: Fitch artım

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar