Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN avtomobillərini qanunsuz parklayan sürücülərə müraciət edib

Fövqalədə Hallar Nazirliyi (FHN) bayram günlərində avtomobillərini qanunsuz parklayan sürücülərə müraciət edib...

Poliqon-un məlumatına görə, müraciətdə bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər:

Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

"Fövqəladə Hallar Nazirliyi bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir", - müraciətdə vurğulanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar