Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“EuroHome”da mağaza sahibi qohumlarını öldürən qardaşlar barəsində cinayət işi açılıb - Yenilənib

İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan PİA.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İstintaq davam edir.

***

Bakı-Sumqayıt şosesində yerləşən “EuroHome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan dükan sahibini qətlə yetirən şəxslər tutulub.

PİA.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlunu qətlə yetirməkdə şübhəli bilinən Vüsal və Rafayıl Yusibov qardaşları tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ən çox oxunanalar