Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Xalq artisti Ağadadaş Ağayevin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir...

Xalq artisti Ağadadaş Ağayevin törətdiyi insidentin bəzi detalları məlum olub.

Belə ki, Ağadadaş Ağayev özünə məxsus olan "Büsat" şadlıq evinin həyətində ikimərtəbəli ev tikib, orada yaşayır. İnsident baş verən gün Ağadadaş Ağayev yaşadığı evin həyətindən çıxıb və 20 addımlıq yolu keçməklə birbaşa "MedEra" klinikasının həyətinə, mühafizəçi postuna yaxınlaşıb, qulağındakı ağrılarla bağlı müraciət edib. Orada mühafizəçidən tələb edib ki, sağlıq durumu ilə bağlı evinə həkim göndərilsin. Mühafizəçi isə belə bir səlahiyyətinin olmadığını, həkim üçün birbaşa klinikanın özünə yaxınlaşmalı olduğunu deyib. Mühafizəçinin cavabı Xalq artistinin xoşuna gəlməyib, tərəflər arasında sözlü mübahisə yaranıb. Mühafizəçi də Xalq artistinə cavab qaytarıb. Səhər saat 7 radələrində yaranmış mübahisə Xalq artistinin evinə gedib oradan balta ilə geri qayıtması ilə daha da qızışıb, balta-yumruq-təpik davasına qədər böyüyüb. Digər bir iddiaya görə, Ağadadaş Ağayevin dəfələrlə klinikaya müraciət etməsinə baxmayaraq onun probleminə əlac tapan olmayıb və ona görə də o, bu yola əl atıb.

Hadisə zamanı A.Ağayev balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilovun burnunu da sındırıb.

Bildirilir ki, sözügedən mühafizəçinin xəstəxana ilə heç bir əlaqəsi yoxdur. O, binanın ətrafının mühafizəsi ilə məşğuldur. Klinikanın özünün mühafizəçiləri başqa şəxslərdir.

"MedEra" klinikasının hüquqşünası Xeyransa Babayeva Müsavat TV-nin əməkdaşına açıqlamasında Ağadadaş Ağayevi ittiham edib.

"Ağadadaş Ağayev ümumiyyətlə bizim klinikada qeydiyyatda olmayıb, heç bir həkimimizin xəstəsi də deyil. Sadəcə qulağında xırda bir fəsad olub və ona tibbi yardım göstərilib. Bunlar hamısı insidentdən bir gün qabaq olub. Nurəddin Cəlilov isə bizim klinikanın işçisi deyil. Sadəcə bizim klinikanın çalışdığı mühafizə xidmətinin əməkdaşıdır. Həmin şəxs Ağadadaş Ağayevin klinikaya tərəf balta ilə gəldiyini gördüyü üçün ona mane olmağa çalışıb. Atılan baltanı isə bizim işçilər hadisə zamanı gizlədiblər ki, başqa birinə vurmaq ehtimalı ola bilər. "MedEra" klinikası isə insidentlə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət etməyib. Baş verən hadisə ilə bağlı sadəcə iş gedir".

***

Ötən gün "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülən xanəndə medianın diqqət mərkəzində qalmaqda davam edir.

Görüntülərdə Xalq artistinin qulağındakı zədə nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir. Hətta məlum insidentin bu zədə üzündən baş verdiyi iddia olunur.

"Yeni Sabah" bununla bağlı məlumatlar əldə edib. Müğənninin yaxın qohumlarından biri açıqlamasında Ağadadaş Ağayevin xəstəliyinin son vaxtlar şiddətləndiyini bildirib. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar olaraq, xanəndə stres və dərin sarsıntı keçirir. Bu isə onun tez-tez yaxın ətrafı, ailə üzvləri və dostları ilə münaqişəyə girməsinə səbəb olur.

Qohumunun dediyinə görə, belə xoşagəlməz hallardan biri də 3-4 gün əvvəl evdə baş verib və nəticədə Ağadadaş Ağayev qulağından yüngül xəsarət alıb.

Müğənninin səhhətində baş vermiş dəyişikliklərlə əlaqədar olaraq, yaxın ətrafının son günlər onunla daha ehtiyatlı davrandığı deyilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay