Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: ABŞ-la Rusiya arasında hətta hərbi toqquşma da ola bilər...

Dmitri Peskov deyib ki, ABŞ-ın Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq...

Kənan Novruzov: “Onsuz da, ABŞ-la Rusiya arasında diplomatik münasibətlər ən aşağı səviyyədədir”.

“Hələ ki, ABŞ Rusiyanı Ukraynanın əli ilə və hibrid müharibə ilə zəiflətmək istəyir”.

Bu sözləri politoloq Kənan Novruzov RusiyaABŞ diplomatik münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ-ın Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur. Artıq iki ölkə arasında qarşıdurma coğrafiyası Avropanın, Asiyanın və Afrikanın əsas strateji məntəqələrini əhatə edir.

İki beynəlxalq güc arasında diplomatik münasibətlərin ən aşağı səviyəyə düşməsi hansı fəsadlar yarada bilər?

ABŞ-Rusiya münasibətlərini Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Birbaşa Rusiya-ABŞ toqquşması nüvə müharibəsi deməkdir və bu müharibənin qalibi olmayacaq”.

RusiyaABŞ arasında nəzəri baxımdan birbaşa toqquşmanı mümkün hesab edən politoloq qeyd edib ki, həm ABŞ, həm də Rusiya bu müharibədən qaçdığına görə, bu müharibəni istəmədiklərinə görə, hələlik bu ağlabatan görünmür:

“Onsuz da, ABŞ-la Rusiya arasında diplomatik münasibətlər ən aşağı səviyyədədir. ABŞ-la Rusiya arasında bundan sonrahətta hərbi toqquşma ola bilər. Amma iki nəhəng dövlətlərin arasında müharibənin olacağını düşünmürəm.

Hələ ki, ABŞ Rusiyanı Ukraynanın əli ilə və hibrid müharibə ilə zəiflətmək istəyir. Çünki birbaşa Rusiya-ABŞ toqquşması nüvə müharibəsi deməkdir və bu müharibənin qalibi olmayacaq.

Ümumiyyətlə deyə bilərəm ki, RusiyaABŞ arasında nəzəri baxımdan birbaşa toqquşma mümkündür. Amma həm ABŞ, həm də Rusiya bu müharibədən qaçdığına görə, bu müharibəni istəmədiklərinə görə hələlik bu ağlabatan görünmür”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ən çox oxunanalar