Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da müşahidə aparacaqlar

Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da seçki məntəqələrində müşahidə aparacaqlar. Onlar bütün məlumatları Ombudsmana ötürəcəklər...

Poliqon xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada deyib.

Ombudsman qeyd edib ki, səsvermənin gedişinə təsir göstərən hallar aşkarlanarsa, bu barədə dərhal məlumat veriləcək: "Bütün seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi bir daha təsdiq edir ki, ölkəmiz hüquq qanunvericiliyi, milli dövlətçiliyin möhkəmləndirilməsi prinsiplərinə sadiqdir".

Səbinə Əliyeva qeyd edib ki, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi bütün məntəqələr də Ombudsman Aparatının nəzarətində olacaq: "Bura Bakıda və bütün regionlarda fəaliyyət göstərən hərbi hissələr, Penitensiar Xidmət müəssisələri və s. aiddir".

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ən çox oxunanalar