Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Türkiyə və Ermənistan tərəfləri vəziyyəti doğru-dürüst dəyərləndirib...

Dünən Türkiyə Ermənistan sərhədində görüş keçirildi...

Politoloq: “Ermənistan və Türkiyə arasındakı növbəti görüş, yəni 5-ci raund məlumat nöqteyi-nəzərindən konstruktiv ruhda keçirilib”.

“Əmin olun ki, Türkiyə tərəfi Ermənistana növbəti dəfə Azərbaycanın şərtlərini xayırladıb”.

Dünən Türkiyə Ermənistan sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üçün təyin edilən xüsusi nümayəndələr Sərdar Kılıc və Ruben Rubenyan görüşüblər.

Bu görüşün nəticələrini və görüşlə bağlı yayılan açılamanı necə dəyərləndirmək olar? Bu görüşdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və münasibətlərin normallaşması üçün əsaslı addım atıldımı, yoxsa bu görüşü sadəcə növbəti görüş adlandırmaq olar?

Türkiyə-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Ermənistanın həqiqətən dünyaya çıxış istəyirsə, region ölkələri ilə, o cümlədən Türkiyə ilə əməkdaşlıq etmək istəyirsə, şərtləri yerinə yetirməyə ehtiyac olacaq”.

Bu görüşdə bəzi gerçəkləri tərəflərin anladığını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, cəsarətli olmaq və bu işləri həyata keçirməyə ehtiyac var. Bu da ciddi siyasi iradə tələb edir:

Ermənistan və Türkiyə arasındakı növbəti görüş, yəni 5-ci raund məlumat nöqteyi-nəzərindən konstruktiv ruhda keçirilib. Əlbəttə ki, tərəflər vəziyyəti doğru-dürüst dəyərləndirib. Baxmayaraq ki, heç bir ilkin şərt olmadan müəyyən razılıqlar əldə olunub, ancaq bunun belə olmadığını düşünürəm. Çünki Ermənistan-Türkiyə münasibətləri prosesi müstəqil bir proses deyil. Baxmayaraq ki, Ermənistan ictimai rəy baxımından bu cür iddia edir. Amma hər kəsə bəllidir ki, Türkiyə-Ermənistan münasibətləri bilavasitə Azərbaycan-Ermənistan arasında münasibələr və sülh müqaviləsinin imzalanması kimi bəzi şərtlərdən keçir.

Əmin olun ki, Türkiyə tərəfi Ermənistana növbəti dəfə Azərbaycanın şərtlərini xayırladıb. Eyni zamanda, Ermənistanın həqiqətən dünyaya çıxış istəyirsə, region ölkələri ilə, o cümlədən Türkiyə ilə əməkdaşlıq etmək istəyirsə, şərtləri yerinə yetirməyə ehtiyac olacaq. Bütün bunlar növbəti dəfə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb. Bu məsələni artıq uzatmaq deyil, tezləşdirilməyə ehtiyacın olduğu bildirilib. Çünki həm regionda, həm də qlobal səviyyədə çox surətlə dəyişikliklər gedir. Yəni bu gün mümkün olan, sabah ola bilsin ki, geosiyasi şərtlərin dəyişdiyi vəziyyətdə mümkün olmaya bilər. Bu gerçəklər Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb.

Bu baxımdan da, tərəflər bir-birlərini anlayıb. Buna görə, danışıqların konstruktiv mövqedə getdiyi bəyan edilib. Ancaq bu konstruktiv dialoqun nəticələrdə nə qədər özünü göstərdiyini yaxın perspektivdə görəcəyik. Bəs, Ermənistanın buna ehtiyacı varmı? Bəli, Ermənistanın buna ehtiyacı var. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan məhz bir neçə gün öncə sərhəd qapısına xüsusilə olaraq, səfər etməklə birbaşa olaraq həm erməni ictimaiyyətinə, həm də bütün geosiyasi maraqları olan qüvvələrə mesaj verdi ki, Ermənistanın Türkiyə ilə normal əməkdaşlığa ehtiyacı var. Bunun üçün sərhədlərin açılması, diplomatik münasibətlərin tənzimlənməsinə ehtiyacı var. Verilən mesaj bu idi.

Natiq Miri: “Ermənistanın baş naziri Nikol Paşinyan məhz bir neçə gün öncə sərhəd qapısına xüsusilə olaraq, səfər etməklə birbaşa olaraq həm erməni ictimaiyyətinə, həm də bütün geosiyasi maraqları olan qüvvələrə mesaj verdi ki, Ermənistanın Türkiyə ilə normal əməkdaşlığa ehtiyacı var”.

Ardınca da, Türkiyə və Ermənistanın 5-ci raunda görüşü baş tutdu. Bu Ermənistanın mövqeyidir. Ancaq bunu nə qədər icraata tökə biləcəkləri sualdır və bunu yaxın prespektiv göstərəcək. Birmənalı şəkildə demək olar ki, Marqara sərhəd keçid məntəqəsinin Türkiyə ilə sərhəddəki qapısının açılması razılığına gəlinib. Eyni zamanda Ermənistandan Axurikidən Türkiyəyə keçən dəmir yolu xəttinin texniki məsələləri də ciddi müzakirə predmeti olub və bu yöndə şifahi də olsa, müəyyən anlaşmalar olsa da, düşünürəm ki, bu məsələ Azərbaycan-Ermənistan arasındakı münasibətlər sistemindəki bundan sonrakı inkişafdan asılı olacaq.

Yəni sülh müqaviləsi imzalanacaqsa,sərhəd qapısı, dəmir yolu xətti açılacaq. Yox əgər sülh olmayacaqsa, həmçinin Zəngəzur dəhlizi ilə bağlı yenə də Ermənistan öz dediyində israr edəcəksə, əmin olun ki, Türkiyə-Ermənistan arasında heç bir sərhəd keçid məntəqələri və yaxud dəmir yol xətti, digər infrastrukturlar, nəqliyyat, logistik mərkəzlər açılmayacaq. Bu birmənalıdır.

Buna görə də, bu sadəcə razılaşma deyil, qarşılıqlı dialoq şəklində bir çox məsələləri müzakirə etmək üçün daha çox görüş idi. Bu görüşdə bəzi gerçəkləri tərəflər anlayıblar. Ancaq anlamaq yetərli deyil. Bir də cəsarətli olmaq və bunları həyata keçirməyə ehtiyac var ki, bu da ciddi siyasi iradə tələb edir. Bunun hansı siyasi nəticələr doğuracağını da yaxın perspektivdə görəcəyik”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Dubayda dünyanın ikinci ən hündür binası tikiləcək

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar