Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ HƏMAS liderinin öldürülməsinin nəticələrindən narahatdır

HƏMAS-ın Siyasi Bürosunun lideri İsmayıl Haniyənin öldürülməsi Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini artırır, çünki o, Qəzza zolağında girovların azad edilməsi və atəşkəs üçün əsas danışıqlar aparan şəxs olub...

Poliqon xəbər verir ki, bu barədə CNN yazıb.

Materialda qeyd olunur ki, Haniyə Yaxın Şərq üçün xüsusilə gərgin bir zamanda, İsrail və Hizbullah arasında eskalasiyanın daha böyük regional müharibəyə çevrilməsi təhlükəsi yaratdığı və HƏMAS Fələstin anklavında İDF ilə mübarizəni davam etdirdiyi bir vaxtda məhv edilib.

Materialda qeyd olunur ki, radikal qrup artıq Haniyənin qisasını alacağına söz verib və davam edən hadisələri ciddi eskalasiya adlandırıb.

Pentaqon rəhbəri Lloyd Ostin isə ABŞ-ın hücum olacağı təqdirdə İsraili qoruyacağını bildirib. Ostin vurğulayıb ki, Vaşinqton HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda aradan götürülməsindən sonra gərginliyi azaltmağa çalışır: "Bunun genişmiqyaslı davaya çevrilməsi ehtimalından narahatıq".

O, aydınlaşdırıb ki, münaqişənin eskalasiyasını qeyri-mümkün hesab etmir.

İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi isə deyib ki, Fələstin xalqının HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinin təqsirkarlarını cəzalandırmaq hüququ var. Vitse-prezident qeyd edib, Fələstin İsrailin törətdiyi cinayətin miqyasını tez bir zamanda aydınlaşdırmalıdır: "Müqavimət cəbhəsinin bunun günahkarlarını cəzalandırmaq hüququ var".

Qeyd edək ki, Haniyə iyulun 31-də səhər tezdən Tehrana dilən raket hücumu nəticəsində öldürülüb. O, İranın paytaxtında yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. HƏMAS da bu xəbəri təsdiqləyib. Onlar qeyd ediblər ki, bu hadisənin baş vermə səbəbləri və miqyası araşdırılır, araşdırmanın nəticələri daha sonra açıqlanacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Dubayda dünyanın ikinci ən hündür binası tikiləcək

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar