Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MN: Son bir ay ərzində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib

Cari ilin iyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib...

Müdafiə Nazirliyindən Poliqon-a verilən xəbərə görə, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39 min 721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Məlumata görə, ümumilikdə 13 min 45 ədəd partlamamış hərbi sursat, 3 min 318 ədəd tank əleyhinə mina və 10 min 463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.

"İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir", - nazirlikdən bildirilib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ən çox oxunanalar