Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Türkiyə Prezidenti çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” deyib...

Politoloq: “Mümkündür ki, Ərdoğan “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” sözləri ilə Fələstinə və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardımı nəzərdə tutur”.

“Rəsmi Ankaranın İkinci Qarabağ savaşında Azərbaycana siyasi dəstəyi, bunun öncəsində hərbi-texniki yardımı, diplomatik sferada sərgilədiyi mövqe danılmazdır”.

Bu sözləri politoloq Turan Rzayev Türkiyə prezidentinin İsraili Qarabağ üzərindən hədələməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” deyib. İsrailin xarici işlər naziri İsrael Kats Ərdoğanın bəyanatını X (keçmiş Twitter) platformasında sərt şəkildə pisləyib.

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Türkiyə heç vaxt Qarabağa girməyib”.

Liviyanın qanuni hökumətinin Ankaradan hərbi dəstək tələb etdiyini xatırladan politoloq bildirib ki, Azərbaycan isə belə bir zərurət olmadığından türk ordusundan dəstək tələb etmədi:

“Əvvəlcə deyim ki, Türkiyə İsrailin Qəzzada başlatdığı əməliyyatdan sonra Fələstin və Qəzzaya ən böyük diplomatik və humanitar yardımı edən ölkədir. Ankara Təl-Əvivin əməliyyatları davam etdirməsi, mülki şəxslərin həyatını itirməsi fonunda humanitar yardımları hərbi-texniki yardımla əvəzləyə bilər.

Mümkündür ki, Ərdoğan “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” sözləri ilə Fələstinə və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardımı nəzərdə tutur. Məsələ ondadır ki, Türkiyə heç vaxt Qarabağa girməyib. Rəsmi Ankaranın İkinci Qarabağ savaşında Azərbaycana siyasi dəstəyi, bunun öncəsində hərbi-texniki yardımı, diplomatik sferada sərgilədiyi mövqe danılmazdır. Lakin bu, Türkiyə ordusunun Qarabağda döyüşməsi mənasına gəlmir. Azərbaycan tərəfi də bu günə qədər belə bir məlumatı açıqlamayıb.

İkinci Qarabağ müharibəsinə qədər Türkiyə Azərbaycanın strateji tərəfdaşı idi. Əlaqələr ən üst səviyyədə idi. Müharibədən sonra isə tərəflər arasında “Şuşa Bəyannaməsi” imzalandı və bununla da iki ölkə rəsmi səviyyədə bir-birinin müttəfiqi oldu. Yəni zərurət yaranarsa, rəsmi Bakı və ya Ankara bir-birindən dəstək istəyə bilər.

Turan Rzayev: “Türkiyənin İsrailə girməsi Ankaraya qarşı ciddi təzyiq yarada bilər”.

Türkiyənin Liviyaya etdiyi yardımla Azərbaycana etdiyi yardım heç bir halda eyni deyil. Çünki iki ölkənin içində olduğu situasiya fərqli idi. Liviya faktiki olaraq parçalanmış vəziyyətdə, vətəndaş müharibəsinin içində idi. Liviyanın qanuni hökuməti Ankaradan hərbi dəstək tələb etmişdi. Azərbaycan isə belə bir zərurət olmadığından türk ordusundan dəstək tələb etmədi. Bununla belə, diplomatik sferada tərəflər ortaq hərəkət edirdi.

İndiki məqamda Türkiyənin İsrailə girməsi real deyil. Hər şeydən öncə Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr var. 2010-cu ildə baş verən “Mavi Mərəmərə” olayından sonra iki ölkə arasında siyasi münasibətlər kəsilsə də, iqtisadi münasibətlər davam etdi. Türkiyə və İsrail münasibətləri kifayət qədər dərin və pozulması hər iki tərəfə ciddi zərər vuracaq səviyyədədir. Bundan başqa, Türkiyənin İsrailə girməsi Ankaraya qarşı ciddi təzyiq yarada bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar