Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşən Nəcəfovun terrora hazırlıq əməlləri barədə məhkəmə prosesi başlanıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Nəcəfov Elşən Yunis oğlunun terror aktı hazırlığında ittiham olunması ilə bağlı cinayət işinə baxılır...

“Report” xəbər verir ki, iş materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfov 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara, Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri etmişdir.

Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.

E.Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib.

29 iyul 2024-cü ildə keçirilən məhkəmə iclasında növbəti şahid ifadəsi elan edilib.

Şahid qismində dindirilənlərdən İbrahim Əlirzayev təqsirləndirilən şəxsi başqa adla açdığı sosial şəbəkə hesabından tanıdığını deyib. Şahid, həmçinin Elşən Nəcəfovun iş materiallarına əlavə edilmiş, Azərbaycan dövlətinin suverenliyi əleyhinə paylaşımları barədə də məlumat verib.

Həmin iclasda Elşən Nəcəfov ifadə verə bilməyəcəyini və özünü yaxşı hiss etmədiyini bildirərək məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ən çox oxunanalar