Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, İran 2 həftəyə nüvə silahı əldə edəcək...

Samir Hümbətov: “Blinkenin bu açıqlamanı əslində naşı diplomat xarakteri daşıyır. Çünki əgər İran iki həftəyə nüvə silahı əldə edəcəksə, onun qarşısını diplomatik yolla almaq gülməli çıxır”.

“Ola bilsin ki, Blinkenin sözləri İrana qarşı hansısa tədbirlərin görülməsi barədə mesaj xarakteri daşısın”.

Bu sözləri politoloq Samir Hümbətov ABŞ dövlət katibinin İranla bağlı çağırışını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ dövlət katibi Entoni Blinken Aspendə keçirilən təhlükəsizlik forumunda bəyan edib ki, İran 2 həftəyə nüvə silahı əldə edəcək və ABŞ bunun qarşısını almaq üçün addımlar atacaq. Həmçinin dövlət katibi deyib ki, ABŞ-ın siyasəti İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və administrasiya bunun qarşısını diplomatiya yolu ilə almağa üstünlük verəcək.

Qeyd edək ki, belə bəyanatlar ABŞ və İsraildən tez-tez səsləndirilir.

Bəs, əgər İran iki həftə ərzində nüvə silahı əldə edəcəksə, Vaşinqton bunu qısa zaman ərzində diplomatik yolla necə durdura bilər?

İranın nüvə silahı əldə etməsi məsələsini Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Hər-halda İran dövləti üçün nüvə silahını əldə etmək prioritetdirsə, bu məsələnin qarşısının hansısa diplomatik yolla alınması inandırıcı görsənmir”.

İsrail İrana hücum edəcəyi ehtimalının yüksək olduğunu qeyd edən politoloq Poliqon-a bildirib ki, Blinkenin açıqlaması bunun üçün bəhanə ola bilər:

“Blinkenin bu açıqlamanı əslində naşı diplomat xarakteri daşıyır. Çünki əgər İran iki həftəyə nüvə silahı əldə edəcəksə, onun qarşısını diplomatik yolla almaq gülməli çıxır. Hər-halda İran dövləti üçün nüvə silahını əldə etmək prioritetdirsə, bu məsələnin qarşısının hansısa diplomatik yolla alınması inandırıcı görünnmür.

Uzun illərdir ki, İran nüvə silahının yaradılması ilə bağlı addımlar atır. Buna görə də, düşmürəm ki, indi bunun qarşısını ala bilsinlər. Ola bilsin ki, Blinkenin sözləri İrana qarşı hansısa tədbirlərin görülməsi barədə mesaj xarakteri daşısın. Amma bir daha qeyd edim ki, bu məsələdə İranın qarşsının diplomatik yolla alınması inandırıcı görsənmir.

Əslində bu gün İranı nüvə silahına sahib olacaq addımdan çəkindirəcək iki dövlət var. Bunlar Rusiyaİrandır.

Samir Hümbətov: “Nüvə silahının iki həftəyə əldə edilməsi asan məsələ deyil. Bu çox ciddi prosesdir və bu prosesə uzun illərin təcrübəsi lazımdır”.

Mən düşünümürəm ki, indiki vəziyyətdə Rusiya İranın nüvə silahına sahib olmasına mane ola. Əksinə Rusiya İranı bu məsələdə dəstəkləyə bilər ki, Qərbin başı Tehrana qarışsın və Ukrayna məsələsindən yayınsınlar.

Çinin də öz maraqları nöqteyi-nəzərindən bu addımı atacağını düşünmürəm.

Hesab edirəm ki, bəlkə də İran nüvə silahını əldə etməyə maraq göstərir. Amma nüvə silahının iki həftəyə əldə edilməsi asan məsələ deyil. Bu çox ciddi prosesdir və bu prosesə uzun illərin təcrübəsi lazımdır.

Buna görə də, düşünürəm ki, Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz. Ya da ola bilsin ki, İsrail İrana hücum edəcək və yeni bir bəhanə olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay