Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haniyəni öldürən raket İrandan buraxılmayıb

HƏMAS-ın Siyasi Bürosunun rəhbərini öldürən raket İrandan deyil, başqa ölkədən atılıb...

HƏMAS-ın Tehrandakı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürən raket başqa ölkədən buraxılıb.

Poliqon xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı iranlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, raket İranın özündən deyil, başqa dövlətdən atılıb. Lakin mənbə təfərrüatları dəqiqləşdirməyib və raketin buraxıldığı ölkəni açıqlamayıb.

Qeyd edək ki, Haniyə iyulun 31-də səhər tezdən Tehranda İsrailin basqını nəticəsində dünyasını dəyişib. İranın paytaxtında o, seçilmiş prezident Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına görə, Haniyə və onun mühafizəçilərindən biri Tehrandakı iqamətgahına edilən hücumdan sonra ölüblər.

Xatırladaq ki, İsmayıl Haniyə 2017-ci ildən HƏMAS-ın siyasi lideridir. 2024-cü ilin aprelində onun üç oğlu İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində həlak olub.

HƏMAS Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyib. Onlar qeyd ediblər ki, bu hadisənin baş vermə səbəbləri və miqyası araşdırılır, araşdırmanın nəticələri daha sonra açıqlanacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Ən çox oxunanalar