Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Rusiyaya xəyanətinin qiyməti: İldə 3 milyard dollar...

Paşinyan və komandası hesab edir ki, Rusiyanın regiondan sıxışdırılmasının öz qiyməti var. Yəni, ermənilərin “xəyanətin” qiyməti var və bu da ildə 3 milyard dollardır...

Sabah Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan-Fon der Leyen-Blinken görüşü Ermənistanın Aİ-yə üzvlük üçün müraciət edib-etməyəcəyinə, Avropa yolunu tutacağına və ya Rusiya ilə Avropa arasında sarsıntılı status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətirəcək.

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Hraparak” qəzeti yazır. Nəşr qeyd edir ki, hakim partiya bu görüşün nəticələrini xüsusilə səbirsizliklə gözləyir, bundan sonra Nikol Paşinyanla görüşəcək və yekun nəticəyə yekun vuracaqlar.

“Məsələ burasındadır ki, Baş nazirlə iqtidaryönlü qanunvericilərin son qapalı görüşündə sonuncular növbəti dəfə öz mövqelərini bildiriblər. Hakimiyyət komandasının bəzi deputatları deyirlər, qumara girib Aİ-yə üzvlük üçün müraciət etməyə ehtiyac yoxdur, çünki Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır. Rusiyaya qarşı bu addımlar Ermənistan üçün daha böyük problemlər yarada bilər, çünki Moskva bu xəyanətləri bağışlamır. Hətta belə fikirlər var idi ki, Avropaya bu tam hesablanmamış müraciət Ermənistana təkcə “Zəngəzur dəhlizi” ilə deyil, bütün Sünikin (Zəngəzur) itirilməsi hesabına başa gələ bilər”, deyə qəzet yazır.

Nəşrə görə sonda hakimiyyətyönlü dairələr belə qənaətə gəliblər ki, Qərbdən ciddi maliyyə dəstəyi şəklində konkret təminatlar tələb olunmalıdır.

“Onlar hətta hesablayıblar ki, Qərb Ermənistana ən azı 7-8 il ərzində hər il 2-3 milyard dollar ayırmalıdır ki, Ermənistan iqtisadiyyatını şaxələndirməyə və Rusiyadan ayrılmağa imkan versin. Rusiya regiondan sıxışdırılmalıdır. Yəni, bu “xəyanətin” qiyməti var və bunun da qiməti ildə 3 milyard dollardır”, deyə “Hraparak” davam edir.

Qəzet yazır ki, Paşinyan öz komandasının narahatlıqlarına cavab olaraq bildirib ki, onlara heç bir qarantiya verilməyib.

“Bununla belə, Baş nazir “Mülki Müqavilənin” nümayəndələrinin dar bir dairəsinə pıçıldayıb ki, Avropa sanki ən azı 1 milyard dollar məbləğində maliyyə dəstəyi verməyə razıdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay