Kim müsəlmanları necə təbrik edib?
Kanadanın baş naziri Castin Trudeau, Qurban bayramı münasibətilə bir mesaj yayımlayaraq, müsəlmanların bayramını təbrik edib.
Dünya liderlərinin Qurban bayramı mesajların təqdim edirik.
Trudeau, Kanada Baş Nazirlik Ofisindən mediaya yazılı və görüntülü olaraq göndərilən mesajıa "Esselamü Aleyküm" deyərək başlayıb. Kanada və dünyada Qurban Bayramını təbrik edən və müsəlmanlarla birlikdə olduğunu qeyd edən Trudeau, bayramın eyni zamanda həccin sonuna da təsadüf etdiyini vurğulayıb.
Kanada baş naziri Castin Trudeau, mesajında aşağıdakıları qeyd edib: “Qurban Bayramı fədakarlıqlardan dərs çıxaraq və ehtiyac sahibi olanlara mərhəmət göstərmək üçün bir fürsətlər zamanıdır. Bu fürsəti göstərmək üçün ailələr və dostlar bayram üçün bir araya gələcək sübh namazlarına qatılacaq və həyatdan zövq aldıqları nemətlərə təşəkkür edəcək. Hamımız üçün Qurban Bayramı Kanada müsəlman cəmiyyətinin cəmiyyətimizə etdiyi önəmli qatqıları tanımaq və kim olduğumuzu fərq edənləri qutlamaq üçün bir fürsətdir. Ailəmizin adına, Sofiya və mən Qurban Bayramını idrak edən hər kəsə gözəl bir qutlama arzu edirəm. Eid Mübarək!"
Putindən QURBAN BAYRAMI MESAJI
Rusiya prezidenti Vladimir Putin bayram mesajında islamın gerçək dəyərlərinin insanları birləşdirməyə və yaxşı qonşuluq ənənəsini davam etməyə yardımçı olduğunu deyib. Putin, "Qurban Bayramı, yaxşılıq və ədalət, mərhəmət və dindarlıq, qonşularına, başqalarına qarşı diqqətli və səmimi bir davranış nümayişidir” deyib.
POMPEO: TƏFƏKKÜR VƏ İBADƏT ZAMANIDIR
ABŞ xarici işlər naziri Mayk Pompeo, bütün müsəlmanların Qurban Bayramını təbrik etdi. Nazir müsəlmanların Qurban Bayramını təbrik edib.
Pompeo mesajında, aşağıdakı ifadələrə yer verib: “Bütün müsəlmanların həccin sonunu işarə edən Qurban Bayramını təbrik edirəm. Bu, dünyanın fərqli bir çox yerindəki müsəlmanarının dostları və ailə üzvləri ilə bir araya gəldiyi təfəkkür və ibadət vaxtıdır. Bu zaman zərfi hamımız üçün bir nümunə təşkil edir. Eyni zamanda müsəlmanlar ehtiyac sahibləri üçün qurban kəsir və yardımlar edirlər. ABŞ Xarici İşlər Nazirliyi adına hamımızın Qurban Bayramını təbrik edirəm”.
CAVAD ZƏRİF: MÜSƏLMANLARI AYIRMAQ ÜÇÜN CƏHD GÖSTƏRİLDİYİ BİR ZAMANDA
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif sosial mediada yayınladığı mesajla müsəlmanların Qurban Bayramını təbrik etdi. O, Twitter hesabından yayımladığı mesajda "İçində olduğumuz çətin şərtlərdə və bəzi insanların biz müsəlmanları ayırmaq üçün cəhd göstərdiyi bir dönəmdə dünya müsəlmanları Qurban Bayramını qeyd etmək üçün bir araya gəldi. Bütün dünya müsəlmanlarının Qurban Bayramını təbrik edirəm” yazıb.
"İNGİLTƏRƏNİN GÜCÜ ONUN XALQIDIR”
İngiltərə xarici işlər naziri Ceremi Hunt Birləşmiş Krallıq və dünyadakı bütün müsəlmanların Qurban Bayramını təbrik edib. Xarici İşlər Nazirliyi tərəfindən paylaşılan təbrik mesajında Hunt belə yazıb: “Bu gün müsəlmanlar bayramı qeyd etmək üçün bir araya gəlir. Qurban bayramınız mübarək olsun. İngiltərənin müsəlman toplumu, ölkəmizin hekayəsinin bir parçası olmaqla bərabər, cəmiyyətimizin bütün sahələrinə öz təsirini göstərir. İngiltərənin gücü onun xalqıdır. Hər kəs üçün dinamizm, yenilik və rifah yaradan da bizim müxtəlifliyimz, fərqli təcrübələrimiz və baxış bucağımızdır”.
İngiltərənin “hər kəsə açıq və hörmət edən, çox etnik, çox mədəni və çox inanclı bir cəmiyyət olduğunu” xatırladan Lord Ahmad “Ailəm və mən, sizlərin və ailələrinizin bayramını qutlayırıq” deyib.(musavat.com)
pia.az