Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 13-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib...

DİM-dən bildirilib ki, AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 94 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1 nəfər, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 3 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 4 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 6 nəfər, BA3 altqrupu üzrə 13 nəfər, BA4 altqrupu üzrə 25 nəfər olmaqla, ümumilikdə 60 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası noyabrın 14-16-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri isə 2 gün ərzində elan olunacaq.

pia.az


Etiket: DİM

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Ən çox oxunanalar