Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: Bir həftədə vətəndaşlardan 100 tüfəng, 16 avtomat götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər 2024-cü ildə də fasiləsiz olaraq davam etdirilir...

DİN-dən Poliqon-a verilən xəbərə görə, qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər.

Belə ki, polis əməkdaşları yeni ilin ilk həftəsində vətəndaşlardan ümumilikdə müxtəlif markalı 10 ədəd avtomat silahı, 1 tapança, 3 ədəd qumbara, 2 alışdırıcı, 11 ədəd patron darağı, 59 ədəd müxtəlif markalı tüfəng və 551 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Eyni zamanda qanunsuz saxlanılan odlu silahların aşkar olunaraq götürülməsi istiqamətində də polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Yeni ilin ilk həftəsində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumilikdə 6 ədəd avtomat silahı, 4 tapança, 8 patron darağı, 41 ədəd müxtəlif markalı tüfəng və 166 ədəd müxtəlif çaplı patron da aşkar olunaraq götürülüb.

"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir.

Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.

Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik", DİN-dən bildirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar