Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin hansı səbəbdən Davosda iştirak etməkdən imtina edib?.. - Yeni ticarət müharibəsi başlayır?

İsveçrənin Davos şəhərində işinə başlayan İqtisadi Forumda bu il Rusiya və Çindən olan sahibkarlar iştirak etmirlər..

İqtisadçı-ekspert: “Davos Forumunda Çindən olan sahibkarların iştirak etməmələri Vaşinqton və Pekinin bir-birinə göstərdikləri güc göstəricisindən başqa bir şey deyil. Lakin onların indiki zamanda bir-birlərinə ehtiyacları var”.

“Əgər söhbət Rusiyanın izolyasiya olunması prosesin bitməsindən və yaxud da bunun effektiv həyata keçirilməsindən gedirsə, ABŞ Çinlə hər hansıa bir formada anlaşmalıdır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya və Çindən olan sahibkarlarının Davos Forumda iştirak etməmələrini PİA.az-a şərh edərkən qeyd edib.

İsveçrənin Davos şəhərində işinə başlayan İqtisadi Forumda bu il Rusiya və Çindən olan sahibkarlar iştirak etmirlər. Rusiya ilə məsələ aydındır. Bəs Çin hansı səbəbdən Davosdan imtina edib? Bu yeni ticarət müharibəsinin əlaməti deyil ki?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “ABŞ-la Çin müəyyən məsələlərdə uzlaşma tapacaqlar ki, Rusiya izolyasiyasını həyata keçirmək mümkün olsun”.

ABŞ-ın maliyyə nazirinin İsveçrədə Çinin maliyyə və iqtisadiyyat nazirləri ilə görüşdüyünü nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, deyilənə görə bu görüş kifayət qədər uğurlu bir görüş olub:

“Rusların vəziyyəti aydındır. Rusiyanın dünya siyasətindən və dünya iqtisadi arenasından tamamilə izolyasiya olunması prosesi gedir. Amma Çinlə də bağlı ciddi problemlər var. Həm Avropa Birliyinin, həm də ABŞ-ın Çinlə bağlı ciddi danışıqları və ciddi problemlərin həlli yolunda çətinlikləri var.

Əslində Çinin Davosdan iştirak etməkdən imtina etməsi yenilik deyil. Son illərdə ABŞ-la Çin arasında ticarət müharibələrini də görmüşük. Belə ticarət müharibəsi yenidən başladıla bilər, yaxud da buna bənzər hadisələr ola bilər. Yəni bu heç də sürpriz olmaz. Amma mənə elə gəlir ki, Davos Forumunda Çindən olan sahibkarların iştirak etməmələri Vaşinqton və Pekinin bir-birinə göstərdikləri güc göstəricisindən başqa bir şey deyil. Çünki onların indiki zamanda bir-birlərinə ehtiyacları var.

Natiq Cəfərli: “Ticarət müharibəsi yenidən başladıla bilər, yaxud da buna bənzər hadisələr ola bilər”.

Əgər söhbət Rusiyanın izolyasiya olunması prosesin bitməsindən və yaxud da bunun effektiv həyata keçirilməsindən gedirsə, ABŞ Çinlə hər hansıa bir formada anlaşmalıdır. Ola bilər indi müəyyən gövdə göstərilməsi baş verir. Amma enində-sonunda anlaşacaqlar.

Dünən ABŞ-ın maliyyə naziri İsveçrədə Çinin maliyyə və iqtisadiyyat nazirləri ilə görüşüb. Deyilənə görə bu görüş kifayət qədər uğurlu bir görüş olub. Yəni dediyim odur ki, istər-istəməz ABŞ-la Çin müəyyən məsələlərdə uzlaşma tapacaqlar ki, Rusiya izolyasiyasını həyata keçirmək mümkün olsun”.

Nərminə UMUDLU
pia.az


Etiket: Davos Forumu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay