Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Neft Emalı Zavodunda yanğın-taktiki təlimi keçirilib - Foto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sabunçu rayonu ərazisində yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlimi keçirib...

Poliqon xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyətli obyektlərdə yanğın baş verdikdə yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsidir. Bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 17 ədəd texnikası və 85 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Təlim zamanı Neft Emalı Zavodunun 1 nömrəli rezervuar parkında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat sektorunun rəisi, daxili xidmət baş leytenantı Əlibala Əlizadə bu təlimdə ilk dəfə “KamAZ” markalı köpük qaldırıcı maşının sınaqdan keçirildiyini bildirib.

Fotolar

Poliqon.info


Etiket: FHN təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

KİV: İsrail hərbçilərindən Azərbaycan və Gürcüstanı tərk etmələrini tələb edib

İcbari tibbi sığorta zərfinə daxil edilən onkoloji xəstəliklərlə bağlı müayinələr açıqlanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay