Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Qran-Prisinə gələcək idmançıların sayı açıqlandı

“IBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq cüdo yarışının təşkilat komitəsinin iclası keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən (MPK) Oxu.Az-a verilən məlumata görə, 13-14 may 2019-cu il tarixlərindən Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.

MPK prezidenti və təşkilat komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Belə ki, yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarışla bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək.

İ.Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan komandasının da artıq dəqiqləşdiyini qeyd edib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı yeddi çəki dərəcəsi üzrə 13 idmançı təmsil edəcək. Qadınların yarışında isə altı çəki dərəcəsində 10 idmançı ölkəmizi təmsil edəcək.

Bakı Qran-Prisinə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İran, İtaliya, İspaniya, Kanada və Çin kimi böyük ölkələrdən idmançılar gələcək. Azərbaycan, ABŞ, Rusiya, İran, Türkiyə, Ukrayna, Braziliya, Əlcəzair, Yaponiya və Özbəkistan Bakı Qran-Prisində ən böyük nümayəndə heyəti ilə qatılacaq.

İlqar Rəhimov yarışın tərəfdaşları barədə də söz açıb. O qeyd edib ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Qran-Prisinə təşkilati dəstək göstərən qurumlardır.

SOCAR və BP şirkətləri yarışın əsas tərəfdaşlarıdır.

Oxu.Az saytı yarışların informasiya dəstəkçilərindən biridir.

İTV yarışların final bloklarını canlı yayımlayacaq. Bundan əlavə İPPON TV yarışların bütün bloklarını canlı yayımlayacaq.

İlqar Rəhimov para cüdo yarışlarında idmançıların tibbi klassifikasiyasının da vacib məsələ olduğunu qeyd edib:

ABŞ, Braziliya, Nigeriya, Avstraliya, Keniya və Almaniya kimi ölkələrdən altı nəfər klassifikator gələcək. Beynəlxalq klassifikatorlar heyəti yarışa qatılan idmançıları tibbi müayinədən keçirəcək və onların para cüdo yarışları üçün uyğun olub-olmadıqlarını müəyyən edəcək. Klassifikasiyalar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq”, - deyə o vurğulayıb.

Təşkilat komitəsinin iclasında, həmçinin, o da qeyd olunub ki, yarışların təşkil olunmasında əlilliyi olan şəxslərin yaxından iştirakı təmin olunacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Ən çox oxunanalar