Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Apellyasiya Məhkəməsi FB-Company-nin biznesini dağıdan “Azur” firmasının hərəkətlərinə haqq qazandırıb

Sentyabrın 14-də Bakı Apellyasiya Məhkəməsi FB-Company-nin sahibləri Anar Qəribov və Ağa Əliyev tərəfindən onların bizneslərinin qəsdən dağıdılmasında ittiham olunan “Azur” kommersiya şirkətinə qarşı uzun, üç ildən artıq sürən məhkəmə prosesilə bağlı qərarı açıqlayıb...

Bakı, Nobel prospekti, ev 5 ünvanında yerləşən Megafan Ticarət Mərkəzində kommersiya sahəsinin icarəyə verilməsi haqqında imzaladığı müqaviləni yerinə yetirməkdən imtina edən “Azur” şirkəti tərəfindən FB-Company-yə təxminən yarım milyon manat dəyərində ziyan dəyib.

2019-cu ildə iddiaçılar Ticarət Mərkəzində 1200 kvadrat metr kommersiya ərazisini icarəyə götürüblər, lakin icarəyə verənin qanunsuz hərəkətləri səbəbindən orada işləyə bilməyiblər. Sonra “Azur” rəhbərliyinin göstərişilə FB-Company-nin yeni və bahalı əmlakı qəsdən korlanın və yararsız hala düşüb.

İlk məhkəmə prosesi Xətai məhkəməsində, daha sonra Bakı Kommersiya Məhkəməsində keçirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışova qərarı açıqlayıb. Qərara əsasən “Azur” firması FB-Company şirkətinə 38 min manat ödəməlidir, məhkəmənin təyin etdiyi əmtəəşünaslıq ekspertizasının işinin ödənişini isə münaqişənin hər iki tərəfi ödəyəcək.

"38 min manat “Azur” sahibləri Fuad Rzayev və Babək Babayevin qanunsuz hərəkətləri nəticəsində yaranmış maliyyə itkilərimizi ödəmək üçün FB-Company-nin götürdüyü borcun faizini belə ödəmir. Biz Bakı Apellyasiya Məhkəməsinin qərarından narazıyıq və kassasiya şikayəti verəcəyik. Həmçinin ölkə rəhbərliyinə müraciət edəcəyik ki, bizi biznesimizi dağıdan “Azur” şirkətində maraqları olan oliqarxın özbaşınalığından qorusun",- FB-Company-nin ortağı Anar Qəribov Turan-a bildirib.

Onun sözlərinə görə, məhkəmənin qərarına cavahdehlərdən birinin atası, nüfuzlu "Azərenerji" dövlət təşkilatının rəhbəri təsir edib.

"İş üzrə hansısa Rza Məmmədovun – “Azərenerji” nin İnsan Resursları Departamentinin rəis müavininin adı keçir. Üstəlik, əgər əvvəllər o, tərəflər arasındakı ən kəskin fikir ayrılıqları zamanı epizodik olaraq ortaya çıxırdısa, ekspertlərin apardıqları son araşdırmalar zamanı daim iştirak edib, mütəxəssislərin işləməsinə mane olub. Öz əsas vəzifəsinə görə dövlətdən xeyli maaş alan Rza Məmmədov iş vaxtı bu şirkətin rəhbərinin oğlu, yeni-yeni qanunsuz əməllər törədən Fuad Rzayevin də maraqlarını müdafiə etməyi bacarıb. “Azərenerji”nin rəsmi şəxsi, “ictimai əsaslarla hüquq müdafiəçisi”nin bu cür fəaliyyəti, fikrimcə, müvafiq orqanların diqqətini cəlb etməlidir. Rza Məmmədov əvvəllər prokurorluqda məsul vəzifədə çalışıb ki, öz növbəsində prokurorluq bu işdəki qanun pozuntularını görməyib”, - Anar Qəribov Turan-a bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay