Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda süni ət satılacaq?

“Laboratoriya şəraitində hazırlanmış ətin GMO ilə heç bir ümumi cəhəti yoxdur"

Nazirlikdən Azərbaycan bazarında süni ətin görünməsi ehtimalına münasibət bildirilib.

AzNews.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və Ərzaq və Dərmanlara Nəzarət Administrasiyası kultivasiya edilmiş hüceyrələrdən qida məhsullarının hazırlanmasının birgə tənzimlənməsi ilə bağlı razılığa gəliblər.

Eyni zamanda, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin iqtisadçısı, ət məhsulları üzrə mütəxəssis Müzəffər Abbasovun sözlərinə görə, bütün hazırlanma normalarına riayət edilməklə ortaya çıxan süni ətin Azərbaycana gətirilməsi qadağan edilmiş, geni dəyişdirilmiş məhsullara aidiyyəti yoxdur.

“Laboratoriya şəraitində hazırlanmış ətin GMO ilə heç bir ümumi cəhəti yoxdur. Doğrudur, süni ətin hazırlanmasında bütün standartlara riayət edilməlidir. Əgər hazırlanma prosesində gen dəyişdirilməsi olubsa və ya kanserogen preparatlar istifadə edilibsə, əlbəttə ki, biz bu məhsulları qəbul edə bilmərik”, - M.Abbasov qeyd edib.

Onun sözlərinə görə, əslində, süni ətdə pis heç nə yoxdur. Başlıcası, istehlakçıların aldadılmamasıdır. Misal üçün, Türkiyədə qırmızı ət əvəzinə süni rənglənmiş toyuq əti satılır. Yəni satılan məhsulla bağlı kifayət qədər məlumat göstərilməlidir.

“Əgər Azərbaycana süni ət idxal edilsə, ilk növbədə, onun insan sağlamlığı üçün zərərli olub-olmadığı yoxlanılacaq. Əgər süni ət bütün lazımi normalara cavab versə, biz onun mağazalara çatdırılmasında heç bir problem görmürük”, - M.Abbasov bildirib.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov ölkədə süni ət satışına qarşı çıxıb:

“Biz, istehlakçılar özümüz özümüzü aldadırıq, düşünürük ki, bizim qeydimizə qalacaqlar. Biznesin əsas məqsədi istehlakçıdan mümkün qədər çox pul qoparmaqdır”, - E.Hüseynov qeyd edib.

Maraqlıdır ki, süni ət təbii mənşəli olan məhsullardan xeyli faydalı ola bilər. EWG təşkilatının məlumatına əsasən, təkcə ABŞ-da istehsal olunan antibiotiklərin 70 faizi heyvanların saxlanılması üçün istifadə edilir. Bu antibiotikin böyük hissəsi qidalanma ilə bizim bədənimizə daxil olur. Süni ət isə bu cür qatqılardan kənarda qalır.

pia.az


Etiket: Süni ət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

İsrail MN-dən İran və "Hizbullah"a xəbərdarlıq: "Əvvəllər görünməmiş zərbə endirəcəyik"

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay