Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqil Abbas: “Sülhməramlılara yazığım gəlir, erməniyə nökərçilik edirlər” 

“Biz bir az tələsirik, 30 il Qarabağın azadlığını gözlədik, 3-4 il də Xankəndinin azad olunmasını gözləməliyik”.

Laçın dəhlizini bağlamaq bizim əlimizdə deyil”. Musavat.com xəbər verir ki, bu gün bu sözləri TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Aqil Abbas bildirib. Onun sözlərinə görə, biz sənədə qol çəkmişik və hələ ki, 5 il müddətinə ərazi onların əlindədir, nəzarət etməlidir: “Onlar da nəzarət etmək əvəzinə, hər kəsin ora gəlib getməsinə icazə verirlər. Fransanın prezidentliyə namizədi də gəlib getdi icazəsiz. Sülhməramlılar sülh yaratmırlar, amma eyni zamanda mənim onlara yazığım gəlir. Ermənilərə nökərçilik edirlər. Kartof əkirlər, üzüm əkirlər, ev tikirlər, uşaqlarına güllə atmağı öyrədirlər. Doğurdan yazığım gəlir. Rusiya kimi bir imperiya beş-on erməniyə nökərçilik edir”.

A.Abbas eyni zamanda bizim Şuşaya Füzulidən keçərək getməyimizə də toxunub. “Necə ola bilər ki, biz Şuşaya Füzulidən gedək?” deyə sual edən A.Abbas Ağdamdan Şuşaya 37 kilometr olduğunu xatırladıb: “Axırıncı Qarağacdan götürəndə 30 kilometr düşür. Niyə onlar Laçın dəhlizindən gəlib gedə bilərlər, amma biz Kəlbəcərə Toğanadan getməliyik? Ağdərədən gedə bilərik halbuki. Necə ki, onlara icazə verirlər gəlməyə, bizə də. Yük maşınlarını Suqovuşandan yoxlayırlar. Sülhməramlıar da erməni polislərin böyründə kukla kimi dayanıb. Bizə göz dağı verirlər. Biz də bir az tələsirik. 30 il Qarabağın azadlığını gözlədik. 3-4 il də Xankəndinin azad olunmasını gözləməliyik”.

Xatırladaq ki, hazırda “TV Musavat”ın efirində “Dərin təhlil” verilişinin 12-ci buraxılışı canlı yayınlanır və Azərbaycan, eləcə də dünya gündəminin mühüm mövzuları müzakirə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Ən çox oxunanalar