Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADMİU rəhbərliyi təhsil haqqını ödəyə bilməyən tələbələrin siyahısını yaydı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqını ödəyə bilməyən tələbələrinin siyahısının yayılması böyük narazılığa səbəb olub.

Qaynarinfo xəbər verir ki, 2021-22-ci tədris ilində universitetdə təhsil haqqını ödəyə bilməyən tələbələrin siyahısı tutulub və həmin siyahı təhsil ocağının divarlarından asılıb. Siyahıda Əməkdar artist, professor Gülşad Baxşıyevanın “aktyor sənəti” ikinci kurs, “rejissor sənəti” ikinci kurs təbələri, həmçinin lV kurs “teatrşünaslıq” sənəti və “aktyor sənəti” üzrə təhsil alan tələblərin adı var.

Siyahıda “aktyor sənəti” üzrə dərs alan birinci kurs tələbələrinin də adı hallanıb.

Təhsil haqqını ödəyə bilməyən tələbələrin bəziləri “Borc bizimdir, orada təhsil alıramsa borcumu ödəməliyəm, mənim borcumu universitet ödəmir ki… Daha bunun sosial şəbəkəyə niyə çıxarırsınız” deyə sosial şəbəkə vasitəsi ilə narazılıqlarını dilə gətirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətinin rəhbəri Şahanə Müşfiq Qaynarinfo-ya açıqlamasında bildirib ki, daxili sənədin şəklinin çəkilərək yayılması təəssüf doğurur:

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər.

Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir. Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur.

Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur. Sosial şəbəkələrdə ADMİU ilə bağlı yazılmış iddialar əsassızdır. Bildiririk ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib. Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay