Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Avropaya nüvə başlıqları ilə raket zərbələri endirmək üçün donanma hazırlayır

Rusiya NATO ilə potensial münaqişə vəziyyətində Avropanın dərinliklərindəki hədəflərə nüvə başlıqlı raketlərlə hücum etmək üçün donanmasını hazırlayır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşrə Qərb mənbələrinin təqdim etdiyi məxfi sənədlərə istinadən məlumat verib.

"Fransanın qərb sahillərindən Böyük Britaniyanın Barrou-in-Furnessə qədər uzanan hədəflərin xəritələri (Rusiya tərəfindən-red.) Ukraynaya genişmiqyaslı işğal üçün hazırlanmış zabitlər üçün təqdimatda ətraflı təsvir edilib",. deyə nəşr yazır.

Sənədlər göstərir ki, Rusiya Qərblə NATO-nun bilavasitə sərhədindən çox-çox kənara çıxan münaqişəni necə təsəvvür edirdi və Qərbi Avropada silsilə dağıdıcı zərbələr planlaşdırırdı.

2008-2014-cü illər arasında tərtib edilən fayllar həm adi, həm də taktiki nüvə başlıqlarını daşıya bilən raketlər üçün hədəflərin siyahısını ehtiva edir. Rusiya zabitləri nüvə zərbələrindən ilkin mərhələdə istifadə etməyin üstünlüklərini vurğulayırlar.

Təqdimat həmçinin göstərir ki, Rusiya suüstü gəmilərdə nüvə silahı daşımaq qabiliyyətini qoruyub saxlayıb və ekspertlərin fikrincə, bu, eskalasiya və ya qəzalar üçün daha böyük risklər yaradır.

Sənədlərdə donanmanın yüksək manevr qabiliyyətinin ona sürpriz və qabaqlayıcı zərbələr və bir çox istiqamətdən kütləvi raket zərbələri vurmağa imkan verdiyi və nüvə başlıqlarının digər hücum vasitələri ilə birlikdə istifadə edilməsi nəzərdə tutulduğu bildirilir.

Sənədləri araşdıran analitiklər bildiriblər ki, onlar NATO-nun Rusiya donanmasının gəmilərindən endirilə biləcək uzaqmənzilli raket zərbələri ilə bağlı təhdidləri qiymətləndirməsinə uyğundur.

Operativ istifadə üçün deyil, təqdimat məqsədi ilə yaradılmış xəritələr Rusiya Hərbi Dəniz Qüvvələri üçün Avropadakı 32 NATO hədəfinin seçimini göstərir.

FT yazır ki, Rusiya məxfi sənədlərində Qərb ölkələrini qorxutmaq üçün real münaqişədən əvvəl nümayiş zərbəsi variantı - nüvə başlığının təcavüz təhlükəsi anında ucqar ərazidə partladılması variantından da bəhs edilir. Üstəlik, rəsmi səviyyədə Rusiya heç vaxt belə zərbələrin onun hərbi doktrinasında nəzərdə tutulduğunu etiraf etməyib.

"Onların müharibə anlayışı total müharibədir. Onlar bu şeyləri (taktiki nüvə başlıqları-red.) potensial qələbə qazanan silahlar kimi görürlər". deyə silahlara nəzarət üzrə ekspert və Montereydəki Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Cefri Lyuis bildirib.

Sənədlərə görə, Rusiya Federasiyası tərəfindən hazırlanmış ssenarilər Kremlin hazırkı müttəfiqləri - Çin, İran, Azərbaycan və Şimali Koreya ilə də hərbi münaqişələrə yol açır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay