Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da demokratlar tənəzzüldədir: Bayden “axsaq ördəyə” dönüşür...

Adminstrasiyanın Əfqanıstandan hərbiçilərin çıxarılması prosesini idarə etməkdə inanılmaz zəifliyi, artıq Amerikanın dünyadakı dost və müttəfiqlərinin mənəviyyatını ciddi şəkildə zədələyib...

Namık Tan
“Yetkin Report” qəzeti, Türkiyə, 4 noyabr 2021-ci il

Qlazqo İqlim Sammitində yuxuya gedən ABŞ prezidenti Baydenin administrasiyasında Demokratların tez bir zamanda reytinq itirməsinin səbəblərindən biri də siyasətlərini yalnız Tramp əleyhinə əsaslandırmalarıdır. Demokratların tənəzzülü Türkiyə-ABŞ münasibətlərini daha da gərginləşdirə bilər.

Rejissor Harold Ramis tərəfindən 1993-cü ildə ABŞ-da nümayiş etdirilən “Groundhog Day” filmini xatırlayırsınız. Eynilə ABŞ-ın Virciniya ştatındakı qubernator seçkilərində “Groundhog Day” yaşanıb. Demokratlar az fərqlə məğlub olublar. Bunun əksinə, Demokratlar yalnız bir il əvvəl prezident seçkilərində Virciniyanı 10 xal fərqlə qazanmışdılar. Əslində, bu nəticə heç kəs üçün sürpriz olmadı. Mötədil Respublikaçılar qanadının təmsilçisi və məğlub olan Demokratların namizədi Terri Makaulifin rəqibi olan iş adamı Qlenn Yanqkin Trampla məsafə saxlayaraq və diqqətini dövlətin real problemlərinə yönəldərək seçkidə qalib gəlib.

Terry Makaulif, əsasən, “Groundhog Day” vəsvəsəsindən qurtula bilmədiyi üçün məğlub oldu. Rəqibi kimi birləşdirici və yenilikçi mesajlarla bəzədilmiş kampaniyaya üstünlük vermədi. O, sadəcə bildirdi ki, rəqibi dövlətin təhsil və təlim sahəsindəki problemlərini kifayət qədər həll etməyib. O, iqtisadi problemlərin həlli yollarından çox danışmırdı. Makaulif isə düşünürdü ki, yalnız Donald Trampın qayıdışı ehtimalına diqqət yetirməklə seçiciləri qorxuda bilər. Ötən gün Nyu-Cersidə də qubernator seçkiləri keçirilib. Yekun nəticələr hələ də açıqlanmayıb. Bununla belə, Demokratlar da bu ənənəvi “mavi”, yəni Demokrat olan və çox asanlıqla qalib gələcəyi gözlənilən ştatda problem yaşayırlar. Burada da xeyli səs itirdilər.

Bayden itirməyə çox tez başladı

Bir çox analitiklər seçkilərin nəticələrini Demokratlar üçün bir şok kimi qiymətləndirirlər. Ancaq mən bu qiymətləndirmələrlə razılaşa bilmirəm. Əslində, Virciniya və Nyu-Cersidə Demokratların məyus məğlub ola biləcəyinə dair əlamətlər çoxdan ortaya çıxıb. İlk mühüm əlamət ABŞ-ın Əfqanıstandan çıxarılması zamanı baş verən fiasko oldu. Əfqanıstandakı fəlakətin Bayden administrasiyası üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox ağır siyasi bədəli olacağı aydın idi. Bunun real nəticələri təbii ki, 2022-ci ildə Konqresə aralıq seçkilərində görünəcək. Bununla belə, Bayden administrasiyası o vaxta qədər güclənməsə, Demokratlar Konqresin hər iki palatasında çoxluğu itirəcəklər. Demokratlar üçün ikinci prezidentlik müddəti də indi daha çətin görünür.

Bundan əlavə, Əfqanıstana görə Amerika ictimaiyyəti qarşısında onsuz da böyük reputasiya itkisinə məruz qalan Co Baydenin qubernatorluq seçkilərindəki taleyüklü məğlubiyyətinə görə bundan sonra ölkəni idarə etməkdə çətinlik çəkəcəyi də açıq-aşkar görünür.

Türkiyə-ABŞ münasibətləri: F-16 məsələsi

Nəzərə almaq lazımdır ki, bunun Türkiyə-Amerika münasibətləri üçün də mühüm nəticələri ola bilər. İkitərəfli münasibətlərin gündəliyində Konqresin, eləcə də administrasiyanın dəstəyini tələb edən çox mühüm məsələlər var. Xüsusilə, Türkiyənin ABŞ-dan almaq istədiyi və rəsmi müraciət göndərdiyi F-16-larla bağlı Konqres prosesinin müsbət şəkildə nəticələnməsi Demokratların Konqresdə səs çoxluğunu itirəcəyi təqdirdə, daha da çətinləşəcək.

Məlum olduğu kimi, həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğunu itirmiş ABŞ administrasiyaları “axsaq ördək” adlandırılırlar. Bu, o deməkdir ki, onlar öz siyasi proqramlarını reallaşdırmaqda çox çətin günlər keçirəcəklər. Yəni, “axsaq ördəyi” olan bir hökumətin ölkədə və beynəlxalq miqyasda məqsədlərinə çatması, demək olar ki, mümkün deyil.

Artıq bir ştatda qubernator seçkilərində qalib gəlmək Bayden administrasiyası üçün beynəlxalq xərclərə səbəb olacaq. Çünki adminstrasiyanın Əfqanıstandan hərbiçilərin çıxarılması prosesini idarə etməkdə inanılmaz zəifliyi artıq Amerikanın dünyadakı dost və müttəfiqlərinin mənəviyyatını ciddi şəkildə zədələyib. Qlobal dünya nizamının ümumbəşəri dəyərlər, azadlıqlar və ədalət əsasında yenidən qurulması vədi ilə hakimiyyətə gələn Baydenə inam xeyli azalıb. Amma ən əsası, Əfqanıstan fiaskosu Baydenin hakimiyyətə gəlişi ilə müəyyən qədər özlərini səliqəyə salmağa başlayan populist hökmdarları da bir qədər ruhlandırıb. Bu kontekstdə düşünürəm ki, Virciniya və Nyu-Cersi ştatlarında seçkilərin nəticələri qlobal səviyyədə populizm probleminə mənfi təsir göstərəcək.

Populizmlə mübarizədə ən böyük səhv

Görünən odur ki, yaşadığımız əsrin ən mühüm problemi dünyanın bir çox ölkələrində hakimiyyətdə olan populist və avtoritar liderlərin getdikcə öz yerini tutmasıdır. Beynəlxalq səviyyədə siyasi liderlərin keyfiyyətinin xeyli aşağı düşdüyünü nəzərə alsaq, qarşıdakı günlərin nə qədər çətin olacağını təxmin etmək çətin deyil. Kədərli olan şey isə bütün bu liderlərin demokratiyanı bir alətə çevirərək özlərinə qanuni bir zəmin yaratmalarıdır. Bu populist liderlər öz ölkələrini idarə edərkən din, dil, irq, cins, millət, vətən, bayraq kimi məfhumlardan istifadə edərək, xalq kütlələrinin xoş niyyətindən sui-istifadə edərək hakimiyyət əldə etməkdə heç bir zərər görmürlər. Bu üsul kifayət etmədikdə belə təzyiq və hədə-qorxu siyasətinə əl atmaqdan çəkinmirlər.

Populizmlə mübarizə aparmağa çalışan müxalifət liderləri, demək olar ki, hər ölkədə uğursuzluğa düçar olurlar. Onlar Yonqkin kimi yenilikçi və real təkliflərlə seçiciləri heyran etmək əvəzinə, yalnız populist rəqiblərini şeytanlaşdırmaqla uğur qazanacaqlarını düşünürlər. Onlar seçicilərinə yeni hekayə təqdim edə bilmirlər. Sadəcə olaraq başa düşmürlər ki, əks mövqedə olmaq bir işə yaramır. Gələcəyimizi keçmişimizdə axtarmağın heç bir nəticə verməyəcəyini kütləyə izah edə bilmirlər. Onlar düşünürlər ki, iqtidardakıları təqlid etmək və ya onlar kimi davranmaq seçicinin gözündə mükafat qazanacaq.

Ölkəmizdə də vəziyyət fərqli deyil. Nə daxili, nə də xarici siyasətdə iqtidar və müxalifət bizə gələcək üçün ümidverici vəd verə bilməz. O, kütlələri həyəcanlandıracaq yenilikçi və stimullaşdırıcı diskurs inkişaf etdirə bilməz. Günlərimiz steril mübahisələr və mənasız qarşılıqlı ittihamlarla keçir. Biz hər günü “bu gün, əslində dünən idi (Groundhog Day)” anlayışı ilə yaşayırıq. Bir sözlə, həm Türkiyənin, həm də Amerikanın ümidverici və arxayın bir hekayəyə ehtiyacı var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Putin Kurska hücuma görə Ukraynaya cavab veriləcəyini deyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay