Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da çevriliş təhlükəsi - Amerikanın siyasi gələcəyi qeyri-müəyyəndir...

Amerikada qurulmuş nizam haqqında ictimai təsəvvür tədricən dəyişir. 2016-cı ildə Donald Trampın prezident seçkilərində sürpriz qələbəsi bu təsəvvürün çatlamağa başladığının açıq əlaməti idi...

Abdulla Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 21 dekabr 2021-ci il

“Soyuq Müharibə” dövründə, hətta ondan sonra da dünyanın bir çox ölkəsində həyata keçirilən hərbi çevrilişlərdə amerikalıların əli var idi. Bu siyahı olduqca uzundur və bu, hər kəsin artıq bildiyi bir həqiqətdir. Məlumdur ki, dünyada hərbi çevrilişdən azad olan yeganə ölkə ABŞ olub və bir qayda olaraq “ABŞ-da niyə çevriliş olmur?” sualına: “Çünki Vaşinqtonda Amerika səfirliyi yoxdur”, cavabı verilib. Bu cavab da artıq məşhur bir şablon kimi tarixə düşüb, hətta köhnəlib.

Artıq təkcə hərbi çevriliş yox, Amerikanın vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi belə deyilir. ABŞ-da aparılan bir çox sorğuya görə, amerikalıların ciddi bir hissəsi ölkəsinin vətəndaş müharibəsi mühitində olduğunu düşünür. Lakin ölkələrinin liberal demokratiyanın ürəyi olduğuna inanan amerikalılar düşünürdü ki, dövlət çevrilişi başqa ölkələrdə baş verə bilər. Amerikalılar qurulan nizamın zərbələr qarşısında kifayət qədər güclü olduğuna inanırdılar.

Amerika sistemi Vaşinqtonda “ikitərəfli razılaşma” ilə saxlanılırdı. Respublikaçıların və ya Demokratların hakimiyyətdə olmasından asılı olmayaraq, çox şey dəyişmirdi. Xüsusilə Amerikanın xarici siyasətində bu ikitərəfli razılaşma hələ də güclü idi və bu ikitərəfli razılaşma Amerika Hərbi-Sənaye Kompleksi və lobbilər tərəfindən dəstəklənirdi.

Bununla belə, Amerikada qurulmuş nizam haqqında ictimai təsəvvür tədricən dəyişir. 2016-cı ildə Donald Trampın prezident seçkilərində sürpriz qələbəsi bu təsəvvürün çatlamağa başladığının açıq əlaməti idi. Tramp sözügedən quruluşa inanmayanların üzərində təsirli idi. Tramp kiçik toxunuşlar istisna olmaqla, bu alt dalğanın tələblərini yerinə yetirməyib. Buna baxmayaraq, bu dərin dalğa hələ də Trampı yaşadır.

Tramp 4 il ərzində Respublikaçılar Partiyasını ənənəvi xəttindən uzaqlaşdırıb. Tramp düşməni Respublikaçılar da gəmini bir-bir tərk edirlər. Co Baydenin 2020-ci il seçkilərində saxtakarlıqla qalib gəldiyini bəyan edən Tramp, həmçinin Respublikaçı əyalət hökumətlərindən, senatorlardan və qanunvericilərdən seçki nəticələrini qəbul etməmələrini istəmişdi. Demokratların seçkilərdə qalib gəldiyini bəyan edən Respublikaçılar üçün isə siyasətə gedən yol daralıb. 2022-ci il ara seçkilərindən sonra Respublikaçılar Partiyasının ABŞ Konqresində daha çox Trampçı mövqe tutacağı gözlənilir.

6 yanvar 2021-ci ildə Tramp tərəfdarlarının ABŞ Konqresinə hücumu Amerika tarixində bir ilk idi. “Washington Post” qəzetinin müxbirləri Karol Leonniq və Filip Raker tərəfindən yazılan “Təkbaşına həll edə bilərəm” adlı kitabda Baş Qərargah rəisi Mark Millinin Trampın çevrilişə cəhd edə biləcəyindən narahat olduğu ifadə edilib. Əslində, Milli yüksək rütbəli komandirlərlə keçirdiyi görüşdə: “Onlar cəhd edə bilərlər, amma uğur qazana bilməyəcəklər. Ordu olmadan heç nə edə bilməzlər. Onlar MKİ və FTB olmadan da nə isə edə bilməzlər. Silahlar bizdədir”, dediyi iddia edilirdi. Təbii ki, Tramp kitabda bu iddiaları rədd edir.

Trampın 2024-cü ildə prezidentliyə namizəd olacağı və seçkilərdə uduzacağı təqdirdə, Amerikada nələrin baş verəcəyi ilə bağlı çoxlu ssenarilər var. Bu ssenarilərə görə, 2024-cü ildə baş verəcək hadisələr 2020-ci il seçkilərindən sonrakı inkişafları belə kölgədə qoyacaq. Bu ssenarilərə “çevriliş” və “vətəndaş müharibəsi” ehtimalı da daxildir. Amerikalıların 2020-ci il seçkilərindən sonra daha çox silahlandığı məlumdur. Digər tərəfdən, ABŞ-da yüzlərlə ağdərili radikal milis qrupunun fəaliyyət göstərdiyini nəzərə alsaq, bu ssenariləri gözdən qaçırmaq mümkün deyil.

Bu yaxınlarda “Washington Post” qəzetində dərc olunan məqalədə istefada olan üç generaldan bəhs edilərək, 2024-cü ildə çevriliş ola biləcəyi qeyd edilib. Bu generalların fikrincə, Tramp və ya başqa bir trampçı fiqur seçkidə uduzsa, ölkə xaosa qərq ola bilər. Respublikaçıların nəticələri qəbul etməməsinin çevriliş cəhdinə səbəb ola biləcəyini bildirən generallar ordunun sədaqətinin parçalana biləcəyinə və bunun da vətəndaş müharibəsinə səbəb ola biləcəyinə diqqət çəkirlər. Ona görə də, generallar Konqresə və indiki administrasiyaya bu ehtimalları istisna etmək üçün təcili tədbirlər görməyi tövsiyə edirlər.

Hazırda Amerika üçün ən böyük problem “qeyri-müəyyənlik”dir. ABŞ-ın müttəfiqləri və rəqibləri, görünür, ABŞ-ın siyasi gələcəyinin qeyri-müəyyənliyinə diqqət yetiriblər. Şübhəsiz ki, bu qeyri-müəyyənlik ABŞ-ın beynəlxalq münasibətlərinə və müttəfiqliklərinə də təsir edir və ya təsir edəcəkdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay