Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu xəstəliyin ətrafında elə pullar fırlanır ki, amandı qoymayın"

"Peyvənd olunmayan şəxs işləyə bilməz, yəni dövlət və özəl qurumda çalışıb dolanmaq üçün pul qazana bilməz. Eyni zamanda təhsil də ala bilməz. Qalanları boş şeydi, ticarət mərkəzləri filan, amma əsas iki dəyər peyvənd olunmayanların əlindən alınır. Biri işdir, biri təhsil".

Bbu sözləri aparıcı-bloger Azər Qərib sosial şəbəkədə yazıb.

O, peyvənd olunmayan şəxslərə qoyulan qadağaları tənqid edib:

"Bunun nəyi könüllüdür, kimə lazımdır bu riyakarlıq? Niyə deyilmir peyvənd məcburidir, bu, daha səmimi olmazdımı? Məhz elə səmimiyətin olmaması insanların etibarını kökündən qırır. Mən özüm peyvənd olundum, çünki işim elədir ki, bir çox yerlərdə görüşlərim olur... Həm də daxili ehtiyat da var, yaş artıq 60-dır, media "xox" gəlir, tanışlar yoluxur, fikirləşdim ki, cəhənnəmə, vurum getsin.

Amma peyvənd vurdurmaq istəməyənləri də anlayıram, bu, normal prosesdir, təziq artıqca müqavimət də artır. Çünki təbliğatda qeyri-müəyyənlik var, mətbuat müxtəlif xəbərlər yayır, biri deyir peyvəndin xeyri yoxdur, prosta ölmürsən, biri deyir xeyiri var, sadəcə bundan yox, digərindən vurmaq lazımdır, biri deyir 6 aydan sonra 3-cü doza vurulacaq, sonra 4-cü, ömürboyu filan, beyin şişir oxuyanda.

Üstəlik peyvəndin gələcəkdə fəsadları haqda heç kim heç nə deyə bilmir, pafoslu çağırışlardan başqa inandırıcı rəylər yoxdur. Bu isə anlaşılandır, belə nəticələr üçün illər lazımdır. Hələ mən İsveçlə Belorusiyanı demirəm, gözləri deşirlər öz təcrübələri ilə.

Bəs İsrail? Əhalinin 80%-nə vurdular, özü də peyvəndlərin ən "qlamurnısını", və? İndi xəstəlik və ölümün sayına görə zəbt ediblər birinci yerləri. Bəs onda niyə vururdular, sual çıxır ortaya? İsveç heç bir ciddi karantin tədbirlərinə əl atmadı, top kimidilər, heç də panikaya düşən ölkələrdən fərqlənmir vəziyyətləri. Üstəlik tədqiqatlar aparıblar və məlum olub ki, peyvənd vurduranların xəstəliyə dözümü vurdurmayanlardan çox deyil. Bunu İsveçin aparıcı epidemioloqu, həmin siyasətin müəllifi deyir, mən yox".

A.Qərib bildirib ki, yoluxanların çoxu xəstəliyi yüngül keçirdir:

"Eyni zamanda, insanlar baxırlar ki, xəstələnənlərin çoxu bu azarı normal keçirir, mən qarışıq. Peyvənd vurduranların xəstələnməsi isə skepsisi daha da artırır.

Bəs digər xəstəliklər necə oldu? Əgər fikir vermisinizsə, dünyada və bizdə bütün xəstəliklər yox olub. Nə infarktdan ölən var, nə xərçəngdən, nə sətəlcəmdən, nə də qarın ağrısından, dünyasını dəyişənlərin hamısı yalnız bundan ölür, adını də çəkmək istəmirəm xəstəliyin.

Ölkənin yarısı müxtəlif xəstəliklərdən əziyyət çəkir, üstəlik iki ildir həmin xəstəlikləri müalicə edən yoxdur, hamının başı tac xəstəliyinə qarışıb. Özüdə sizə deyim, peyvənd əlehinə olanları cahil, nadan adlandırmaq da düzgün deyil. Belələri istənilən düşərgələrdə var, özüm gördüm o gün.

İki ilə yaxındır OQ (Operativ Qərargah - red.) özünün mətbuat xidmətini yarada bilmir, cəmiyətlə mütəmadi, fasiləsiz kommunikasiya qura bilmir, sadə suallara cavablar verilmir, niyə? TƏBİB-i o qədər sağdan-soldan vururuq ki, qorxusundan səsini çıxarmır, brifinqdən brifinqə görürük üzlərini, bəs biz kiminlə danişaq?

O deyir mənlik deyil, bu deyir mənlik deyil, üçüncüsü deyir bizə dəymə, biz milli peyvənd icad edirik.

Nə isə, bircə onu proqnozlaşdıra bilərəm ki, cəmiyətlə düzgün, bərabər şəkildə, insanlara hörmət edilərək ünsiyət qurulmasa, yenə də mübarizlər yekəxanalıq edərək sadə suallara cavab verməsələr, saxtakarlıq artacaq və heç bir həbslər bunun qabağını ala bilməyəcək.

Bir neçə il əvvəl təmtərahla qanun qəbul edildi ki, bağlı məkanlarda siqaret çəkmək olmaz, gedin ölkənin kafe-restoranlarını gəzin, bəzi istisnalarla yerlərin çoxunda "fıs-sa-fıs" siqaret çəkilir, adam boğulur tüstüdən.

Bu pasport məsələsi də belə olacaq. Çünki nə hotel, nə restoran belə mübarizə metoduna dözə bilməyəcək. Gərək pasportları yoxlamaq üçün əlavə işçi götürəsən, növbələr düzüləcək, axırda müştəri tüpürüb ayrılacaq.

Baxarsınız, çox zaman çəkməz bu qaydalar ya ləğv olunacaq, ya da onlara əməl edilməyəcək, sadəcə aylıq haqq veriləcək ki, yoxlama gəlməsin. Bəs nə etməli? Nə bilim. Bilsəydim gedib orda oturardım, mənə də bu mübarizədən bir villadan zaddan düşərdi.

Bütövlükdə isə müşahidə onu göstərir ki, dünyanı rahat buraxmaq istəmirlər... Yenə həmin söhbət başlayır, həmin vahimələr, növbəti dalğa, novbəti peyvənd...

Bu xəstəliyin ətrafında elə pullar fırlanır ki, amandı qoymayın".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay