Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu ay havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək"

"Bu ay havanın temperaturu çox da nəzərə çarpmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək"

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu ay hava dəyişkən olacaq: "Mart ayının səciyyəvi cəhəti şimal və cənub-qərb istiqamətli küləklərin tez-tez bir-birini əvəz etməsi, onların güclənməsi olacaq. Biz bu halda 100 faiz səhv etmərik. Ümumiyyətlə, mart ayının dəyişkənliyi kimi, stabil heç nə yoxdur. Bu da mülayim enliklərdə siklon və antisiklonlarin aktivləşməsi ilə bağlıdır. Tez-tez bir-birini əvəz edən siklon və antisiklonlar nəticəsində fərqli meteoroloji şərait yaranır. O cümlədən səth örtüyü, relyef, dağ silsilələri, Xəzər dənizi ölkə ərazisinə daxil olan hava kütlələrinin xüsusiyyətlərinin dəyişməsinə, transformasiya olunmasına səbəb olur. Bu proseslər sinoptiklər üçün ən şıltaq ay olan martda özünü daha qabarıq görtərir. Xoş, günəşli, mülayim yaz havası ani olaraq soyuq hava şəraiti ilə əvəz olunur. Bu, mart ayında da istisna olmayacaq".

"Səhər evdən çıxanda mülayim hava şəraiti insanları aldatmasın, çünki hava gün ərzində kəskin dəyişə bilər. Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər. Çoxillik məlumatlara görə axırıncı onilliklərdə ən isti mart ayı 2002-ci ildə müşahidə edilib, bu zaman orta aylıq temperatur iqlim normasından 3,8 dərəcə yüksək olub", - deyə o qeyd edib.

U.Tağıyeva vurğulayıb ki, martda havanın ən yüksək temperaturu 2008-ci ildə martın 26-da 31 dərəcə müşahidə edilib: "Bu, əsl yay temperaturu idi. 2014-cü ildə martın 29-dan 30-na olan tarixdə isə havanın temperaturu kəskin dəyişmiş, 13-18 dərəcə enmiş və Bakıda cəmi 0,9 dərəcə olmuşdur. Belə surprizlər mart ayı üçün nadir hadisə deyil".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Putin Kurska hücuma görə Ukraynaya cavab veriləcəyini deyib

“Düşmən layiqli cavabını alacaq” - Putin müşavirə keçirir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay