Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zukerberq-İsrail razılaşması: Facebook Fələstin xalqının mübarizəsini bloklayır...

Facebook ilə olan ikitərəfli münasibətlərindən istifadə edən İsrail fələstinlilərlə apardığı müharibəni sosial mediaya da daşıyıb...

“Mecra” qəzeti, Türkiyə, 6 may 2020-ci il

Sosial media platforması olan Facebook Fələstini müdafiə edən hesabların və səhifələrin istifadəçi şərtlərini pozduğunu əsas gətirərək onları bağlayır. “Ayn Media”nın direktoru Cihad Barut mövzu ilə əlaqədar verdiyi açıqlamada baş verən bu hadisələri Facebook-un İsrail ilə birgə apardığı müharibə kimi şərh edib. Barut Fələstinə aid paylaşımların bloklandığını və fələstinlilərin susdurularaq kənar dünyaya mesaj göndərməsinin qarşısının alındığını vurğulayıb. Facebook-un fələstinlilər üçün tətbiq etdiyi standartların ədalətsiz olduğunu deyən, sosial media mütəxəssisi Saad Hasuna isə qeyd edir ki, məzmununda Fələstin mübarizəsi və ya İsrail əleyhinə yazılar paylaşan hesablar birbaşa olaraq bağlanır. Hasuna İsrail ilə Facebook arasındakı razılaşmaya əsasən hazırlanmış alqoritmlər sayəsində Fələstin hesablarının təsbit edilib bloklandığını bildirir.

Facebook sosial media platformasının bu yaxınlarda fələstinli jurnalistlərə və fəallara məxsus onlarla hesabı bağlaması narazılıqla qarşılanıb.

Facebook İsrail hakimiyyət orqanlarının şikayətləri ilə Qərbi İordaniyada və Qəzza Zolağında yaşayan fələstinlilər tərəfindən açılan bəzi hesablara heç bir xəbərdarlıq etmədən giriş məhdudiyyəti tətbiq edir.

İsrail fələstinlilərin hüquqlarını müdafiə edən hesablara girişi əngəlləyir.

Facebook ilə 2016-cı ildə müqavilə bağlayan İsrail Ədliyyə Nazirliyi 2017-ci ildə etdiyi şikayətlərin təxminən 85%-nin müsbət nəticə verdiyini açıqlayıb.

Ötən il nəşr olunan hesabatında Beynəlxalq İnsan Hüquqları Siyasəti Agentliyi İMPACT İsraili Facebook ilə ikitərəfli əlaqələrindən istifadə edərək fələstinlilərlə internet üzərindən mübarizə apardığı üçün ittiham edib.

İstifadə qaydalarını pozmayan hesablar da bağlanır

İsrail Facebook ilə ikitərəfli münasibətlərindən istifadə edərək fələstinlilərlə onlayn müharibə aparmaqda ittiham olunur.

“Ayn Media”nın direktoru Cihad Barut “AA” müxbirinə verdiyi açıqlamada şəxsi hesabının və qurumun səhifəsinin Facebook tərəfindən dəfələrlə bağlandığını qeyd edib. Facebook-un keçən həftə şəxsi hesabını xəbərdarlıq etmədən bağladığını bildirən Barut: “Sayt rəhbərliyi hesabı bərpa etmək tələbimə müsbət cavab vermədi və hesabım tamamilə bağlandı”, deyir.

Barut direktoru olduğu qurumun Facebook səhifəsinin ötən ay 7-ci dəfə bağlandığını da vurğulayıb. Şəxsi hesabında və ya “Ayn Media”nın səhifəsində Fələstin müharibəsi ilə bağlı heç bir şey paylaşılmadığını və Facebook-un istifadəçi şərtlərinin pozulmadığını bildirən Barut əlavə edir:

“Bu hadisələr Facebook-un İsrail ilə birgə apardığı müharibədir. Fələstinə aid paylaşımları bloklamaq və fələstinliləri susduraraq kənar dünyaya təsirli bir mesaj göndərmələrinin qarşısını almaq istəyirlər”.

İsrail jurnalistləri susduraraq Fələstində baş verən hadisələrin ictimaiyyətə elan olunmasının qarşısını almağa çalışır.

Böyük Qayıdış Yürüşlərindən fotolar paylaşan hesablar da bağlanıb

Sosial media mütəxəssisi Saad Hasuna Facebook-un digər jurnalistlərin hesablarını 3 mərhələdə bağladığını, lakin fələstinli jurnalistlərin hesablarını heç bir xəbərdarlıq vermədən birdəfəlik bağladığını bildirib.

Facebook-un fələstinlilərlə bağlı tətbiq etdiyi standartları ədalətsiz hesab edən Hasuna məzmununda Fələstin mübarizəsi və ya İsrail əleyhinə ifadələr işlədən yazıları paylaşan hesabların birbaşa bağlandığını qeyd edir.

Fələstin mübarizəsini dəstəkləyən hesablar birbaşa olaraq Facebook tərəfindən bağlanılır.

Hasuna: “2018-ci ilin mart ayında Qəzzada başlayan Böyük Qayıdış Yürüşləri zamanı bir çox jurnalist və aktivistin hesabı etirazlardan paylaşdıqları fotoşəkillərin çox şiddətli olduğu əsas gətirilərək bağlanıb və paylaşım etmələri bloklanıb”.

“Təkmilləşdirilən alqoritmlər sayəsində Fələstin məzmunlu hesablar aşkarlanır və bloklanır”

Fələstinlilərin paylaşdıqları yazıların və fotoşəkillərin bir təhlükə olaraq görüldüyünü bildirən Hasuna ifadə və düşüncə azadlığının beynəlxalq hüquq tərəfindən tanınan bir haqq olduğunu xatırladır və jurnalistlərin sosial media hesablarının təhlükəsizliyinin təmin edilməli olduğunu vurğulayır.

Qərbi İordaniyadakı bir divar üzərində Facebook-un qurucusu Mark Zukerberqin qraffitisi çəkilib və yanında yazılıb: “Nə qədər çox məlumat toplasam, insan olmağın nə demək olduğunu bir o qədər yaxşı başa düşərəm”.

Hasuna: “İsrail və Facebook arasındakı razılaşmaya əsasən hazırlanan alqoritmlər sayəsində Fələstinlə bağlı hesablar aşkar edilərək bağlanılır”.

Fələstinli jurnalistlərin və fəalların öz yazılarını paylaşarkən bəzi hərfləri əskik yazaraq və ya ingiliscə işarələrdən istifadə edərək öz hesablarını qorumağa çalışdıqlarını bildirən Hasuna bu metodun çox da təsirli olmadığını bildirir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ən çox oxunanalar