Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

"Bakının Yeni Yasamal ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı müştərək travma alan üç nəfər təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub"...

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib:

"Avqustun 8-i saat 1:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Əsəd Əhmədov, 24 ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

1974-cü il təvəllüdlü şəxs (qadın cinsli), 1991-ci il təvəllüdlü şəxs (kişi cinsli) və 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) başın, döş qəfəsinin səthi travması və bədənin bir neçə nahiyəsinin əzilməsi diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanların hər birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".

***

Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

***

Poliqon xəbər verir ki, idarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb.

Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar