Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqnerin" başkəsənləri Suriyada fərari əsgəri vəhşicəsinə öldürüb başını kəsdilər - Video

“Vaqnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin muzdluları Suriyada Bəşər Əsədin ordusundan fərarilik etmiş əsgəri tutub vəhşi işgəncələrlə öldürüblər, daha sonra cəsədini təhqir ediblər və benzin töküb yandırıblar...

Virtualaz.org bildirir ki, bu barədə “Novaya Gazeta” saytı şok görüntü və məlumat yayıb.

İlkin məlumatlara görə, görüntülər 2017-ci ildə Suriyada “Vaqner”in muzdlu döyüşçüləri tərəfindən çəkilib. Rusdilli başkəsənlərin öldürdükləri qurban Bəşər Əsəd ordusundan qaçan ərəb olub. Görüntülərdə "çiyinlərimdən ağır silahı götürüb əvvəlcə oğlumu, sonra anamı vururam" sözləri yazılmış bir neçə rusdilli döyüşçülərin yerə uzanmış mülki geyimli ərəbi kuvaldla döydüyü göstərilib. Sadistlər onun əzabını artıraraq döyməyə davam ediblər. Habelə kadrlarda kəsilmiş insan başı görünür, ehtimal ki, rusdilli başkəsənlər fərari əsgəri döyüb öldürdükdən sonra onun başını kəsiblər.

İki dəqiqəlik videoçarx 30 iyun 2017-ci il tarixində İnternetdə yayımlanıb. Şərhçilər videonun Suriyada "Vaqner qrupu" döyüşçüləri tərəfindən yerləşdirildiyini irəli sürüblər. 2019-cu ilin noyabrında isə lentə alınmış görüntülərin davamı sosial şəbəkələrdə yayılıb – burada hadisənin üçüncü hissəsi əksini tapır.

Videonun ikinci hissəsində yerə uzanmış kişinin cəsədinin kuvaldla döyüldüyü görüntülənib. O huşsuz və ya artıq ölmüş vəziyyətdədir. Döyüşçülərdən biri həmkarlarının sözü ilə kişinin başını bıçaqla kəsir. Ətrafındakılar döyüşçünü ruhlandırır və ona məsləhət verərək kömək edirlər: "Gəl, kəs , möhkəm ol! Gəl, birbaşa onurğa sümüyünü sındır! Kürəklə qır!". Sonra isə bıçaqla qurbanın əllərini kəsiblər. "Ayaqlarını kəsməyəcik, ayağından asacağıq", - işgəncə verənlər deyiblər.

Videonun dördüncü hissəsində qolları kəsilmiş və üzərində "Hava-Dəniz Qüvvələri üçün" yazısı oxunan cəsədə benzin tökərək yandırıblar. Onlar yanmış cəsədə baxıb sevinməyə davam edirlər.

Ərəb mətbuatı öz növbəsində ölənlərin şəxsiyyətini, qətliamın vaxtını və yerini müəyyənləşdirməyə nail olub. “Jesr Press”in məlumatına görə, öldürülən şəxs Hammadi Taha Al-Buta kimi tanınan Məhəmməd Taha İsmayıl Əl-Abdullahdır. 1986-cı ildə Deyr əz-Zorda anadan olub. Nəşrin yazdığına görə, Hammadi müharibə zamanı Suriyanı tərk edib, Livanda kərpic fabrikində işləyib, lakin 2017-ci ilin iyul ayında geri dönüb və Bəşər Əsəd ordusunun ehtiyatda olan döyüşçüsü kimi səfərbər olub. Sonradan o qaçıb, ancaq tutulub. Suriyanın Homs əyalətində vəhşicəsinə öldürülüb.

İştirakçılarını hamısı üzlərini gizlədiblər. Ancaq onlardan biri, əlində kamera tutaraq çəkiliş edərkən üzünü gizlətməyi unudub. Çəkilişin sonunda o, “rahatlaşıb”. "Onsuzda bu video heç yerdə yayımlanmayacaq", - muzdlu işçilərdən biri deyib. Bundan sonra əlində kamera olan adam üzünü örtüyünü açıb.

"Novaya qazeta" nın əməkdaşları zorakılıqda şübhəli bilinən şəxsin üzünün görüntüsünü “VKontakte” sosial şəbəkəsindəki “FindClone” proqramı ilə əldə etməyə nail olublar. İlkin prosesdə proqram bir neçə istifadəçinin səhifələrində eyni adamın şəklini göstərib. Fotoların və bəzi səhifələrin silinməsinə baxmayaraq, jurnalistlər iddia edilən ad, soyad və doğum tarixini öyrənməyə müvəffəq olublar. "Vaqner qrupu" üzvlüyü sənədləşdirilmiş məşhur muzdlular arasında tapılan xüsusi döyüşçü Stanislav D. adlı şəxsdir. Jurnalistlər ailə üzvlərinin təhlükəsizliyi üçün onun soyadını açıqlamırlar.

Məlumdur ki, "Vaqner qrupu" nda Stanislav D. kəşfiyyatda xidmət edib. Qəzet onun pasportunun surətini, “Vaqner qrupu” nun təhlükəsizlik xidməti üçün şəxsən doldurulmuş ərizə formasını, açıqlanmayan qeydini və tərcümeyi-halını özündə saxlayır.

Özəl hərbi şirkətə daxil olduqdan sonra müəyyələşib ki, o, Stavropol diyarında polis patrul xidmətində çalışıb. Anketi 2016-cı ilin fevral ayında tamamlanıb. Lakin göstərildiyi kimi, bu vaxta qədər o, "Vaqner qrupu" nda kəşfiyyatçı kimi fəaliyyət göstərib.

Nəşr hesab edir ki, Rusiyada istəsələr videoda iştirak edən digərlərini araşdıra bilərlər. Videonun qəhrəmanları bir-birilərinə "Pamir" və "Qurd" deyərək müraciət ediblər. Bundan əlavə, sosial şəbəkələrdə hadisənin baş verdiyi əraziyə dair bir şəkil ortaya çıxıb. Cəsədin yanında duran dörd muzdlu əsgər görüntülənib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar