Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: "Ölkələr xüsusi karantin rejimindən sabit mərhələyə keçə bilər" - Yenilənib

Dünya ölkələri xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında deyib.

İclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib.

Qebreyesus, eyni zamanda bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmağa davam edir”.

Qeyd edək ki, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında (2005) ictimai səhiyyədə beynəlxalq fövqəladə hal “xəstəliyi digər ölkələrə yayma riski daşıyan və potensial olaraq əlaqələndirilmiş beynəlxalq cavab tədbirləri tələb edən fövqəladə hadisə” kimi müəyyən edilib. Bu, hadisənin ciddi, qəfil, qeyri-adi və ya gözlənilməz hal kimi səciyyələndirilməsi deməkdir və bu təqdirdə xəstəlik təsirə məruz qalan dövlətin sərhədindən kənarda ictimai sağlamlıq üçün təhlükə doğurduğuna görə təcili beynəlxalq tədbirlər görülməsi tələb olunur.

***

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası statusunu ləğv edib.

Bu barədə mayın 5-də ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bəyan edib.

Xatırladaq ki, 2020-ci il martın 11-də ÜST COVID-19 epidemiyasını pandemiya elan etmişdi. Qurumun məlumatına görə, koronavirus infeksiyasından indiyədək 20 milyon insan vəfat edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay