Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uçuşa dair məlumatların mühafizə edilməsi qaydası təsdiqlənib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası”nı təsdiqləyib...

Poliqon xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, hava gəmisinin istismarçısı onun uçuş məlumatının qeydiyyatını, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğularla təchiz olunmasını təmin etməlidir.

Bundan başqa, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın araşdırma zamanı qurğuları oxumaq üçün imkanları olmadığı halda aşağıdakılar nəzərə alınmaqla xarici dövlətlərin və beynəlxalq təşkilatların aidiyyəti qurumlarının yaratdığı imkanlardan istifadəsinə yol veriləcək:

- oxuma qurğusunun olması;

- oxunuşun vaxtında aparılması;

- oxuma qurğusunun olduğu yer.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar