Doktor Luo Qinquan beş min kilometr uzaqlıqda olan xəstənin ağciyərindən şişi çıxarmaq üçün robotdan istifadə edib...
Poliqon xəbər verir ki, “Naked Science” nəşri məlumat yayıb.
Əməliyyat zamanı həkim Çinin cənubundakı Quançjou şəhərində, xəstə isə ölkənin şimal-qərbindəki Kaşqar şəhərində (Çinin Sincan-Uyğur Muxtar Vilayəti) olub. Onları beş min kilometr ayırıb. Cərrah-robot həkimin rəhbərliyi altında qadının ağciyərindən şişi uğurla çıxara bilib.
“Robot-cərrah sistemləri ölkənin ucqar bölgələrindən olan minlərlə insana tibbi yardım almaq imkanı verəcək”, deyə həkim qeyd edib.
Poliqon.info