Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Trampın təhdidinə cavab verdi

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ölkəsinin Suriya kürdlərinə hücum edəcəyi təqdirdə ABŞ-ın iqtisadi tədbirlər görəcəyinə dair hədəsinə cavab olaraq bildirib ki, Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə aparır

 “RİA Novosti” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ankaranın suriyalı kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəni iqtisadi tədbirlər görməklə hədələyib.

Suriyalı kürdləri ABŞ-ın terrorçu təşkilatlar siyahısında adı hallanan Kürdüstan Fəhlə Partiyasına (PKK) və onun Suriya filialı olan YPG-yə (kürd özünümüdafiə qüvvələri) aid etmək böyük səhvdir. Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə aparır. Biz kürdləri və digər suriyalıları bütün terror təhlükəsindən qoruyacağıq.

Türkiyə ABŞ-ın bizim strateji əməkdaşlığımıza hörmətlə yanaşacağına ümid edir və terrorçu təbliğatın bu əməkdaşlığa təsir etməyəcəyini arzu edir”, - deyə Kalın “Twitter”də yazıb.

O əlavə edib ki, İŞİD, PKK və YPG arasında heç bir fərq yoxdur.

“Biz onların hamısına qarşı mübarizə aparacağıq”, - deyə Türkiyə prezidentinin təmsilçisi qeyd edib.(oxu.az)

pia.az


Etiket: Türkiyə Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ən çox oxunanalar