Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

İsrailin hərbi təyyarələri Livan ərazisinə zərbələr endiriblər...

Zeynal Əmrəliyev: “Təbii ki, savaş Yaxın Şərq üçün yaxşı heç nə vəd etmir. Bu savaş ancaq Qəzza bölgəsindəki əməliyyatları zəiflədə bilər”.

Donald Tramp ABŞ-ın prezidenti seçilərsə, bu zaman maksimum dərəcədə İsrailə dəstəyini nümayiş etdirəcək. Buna görə də, Yaxın Şərqdə vəziyyət daha da qəlizləşə və qanlı müharibə yaşana bilər”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev İsraillə Livan arasında yaşanan gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

“Hizbullah”ın İsrailə zərbələr endirməsi və bu ölkənin 12 vətəndaşını öldürməsi qarşılığında İsrailin hərbi təyyarələri Livan ərazisinə zərbələr endiriblər və bu son deyil. Vəziyyət o qədər gərginləşib ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfərini yarıda kəsərək vətəninə dönüb. İsrailin müharibə kabineti dünən axşam keçirdiyi toplantısında Qolana olan hücumun cavabını verəcəyini bəyan edib. Öz növbəsində ABŞ İsraili Beyrutdakı “Hizbullah” obyektlərinə zərbə endirməməyə çağırıb.

10 aydan artıq davam edən İsrail- HƏMAS savaşı bitmədən İsrail-Hizbullah savaşının başlaması Yaxın Şərq üçün nələr vəd edir? İran bu müharibəyə daxil ola bilər?

İsrail-Livan savaşını Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: ““Hizbullah”ın İsraillə toqquşması regiondakı gərginliyin daha da artmasına səbəb olacaq”.

İsrailin Qəzzadakı hərbi əməliyyatlarının zəifləyəcəyini və müəyyən qədər HƏMAS-ın əl-qolunun açılmasına səbəb olacağını proqnozlaşdıran politoloq Poliqon-a bildirib ki, bu da hal-hazırda Yaxın Şərqdə davam edən müharibə baxımından önəmlidir:

“İsrail və “Hizbullah”ın arasında yaşanan qarşıdurma uzun müddətdir ki, davam edir. Yəni, əvvəllər də onların arasında çox dəhşətli müharibə olub. Onsuz da, “Hizbullah”ın yaradılmasında məqsəd İsrailin regiondakı hərəkətlərinin qarşısını almaq olub.

Məlum olduğu kimi, “Hizbullah” İranın nəzarəti altında olan bir təşkilatdır. Buna görə də, həmin qurum İsrailə qarşı yaradılıb. Bunun üçün də regionun ən zəif ölkəsi olan Livan seçilib. Hal-hazırda vəziyyət o hədfə çatıb ki, İranın dəstəyi ilə “Hizbullah” Livanın rəsmi ordusundan güclüdür.

Təbii ki, savaş Yaxın Şərq üçün yaxşı heç nə vəd etmir. Bu savaş ancaq Qəza bölgəsindəki əməliyyatları zəiflədə bilər. Yəni, İsrailin Qəzzadakı hərbi əməliyyatları zəifləyəcək və müəyyən qədər HƏMAS-ın əl-qolunun açılmasına səbəb olacaq. Bu da hal-hazırda Yaxın Şərqdə davam edən müharibə baxımından önəmlidir. Çünki İsrail iki cəbhədə müharibə aparmağa məcbur olacaq.

Ancaq nəzərə alınmalıdır ki, Donald Tramp ABŞ-ın prezidenti seçilərsə, bu zaman maksimum dərəcədə İsrailə dəstəyini nümayiş etdirəcək. Buna görə də, Yaxın Şərqdə vəziyyət daha da qəlizləşə və çoxqanlı müharibə yaşana bilər.

Zeynal Əmrəliyev: “Bu həm də savaşın təkcə Livan və İsraillə yox, Suriya tərəfinə keçməsinə şərait yaradacaq”.

Eyni zamanda, məlumdur ki, “Hizbullah” HƏMAS-dan qat-qat güclü təşkilatdır. Dediyim kimi, İran çox güclü şəkildə “Hizbullah”a dəstək verir. Ona görə fə, “Hizbullah”ın İsraillə toqquşması regiondakı gərginliyin daha da artmasına səbəb olacaq.

Məlum olduğu kimi, Qolan təpələri beynəlxalq hüquqa əsasən Suriyanın ərazisidir. O torpaqlar da İsrail tərəfindən işğal edilib. Bu həm də savaşın təkcə Livan və İsraillə yox, Suriya tərəfinə keçməsinə şərait yaradacaq. Bu da Yaxın Şərqdəki vəziyyətin çox gərginləşməsinə səbəb olacaq amildir.

Belə görünür ki, savaş qapıdadır. Artıq İsrail Livana cavab zərbələri endirməyə hazırlaşır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar