Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə “Azov” komandirlərinin geri qaytarılması üçün Ukraynaya şərt qoyub?

Türkiyə “Azov” komandirlərinin geri qaytarılması ilə bağlı rəsmi Kiyevə heç bir şərt irəli sürməyib...

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Radio Svoboda”nın “Svoboda Ranok” layihəsinin efirində bildirib.

Onun sözlərinə görə, Ankara bu əməliyyatda maraqlıdır, çünki bu yolla Türkiyə beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir.

“Əslində hərbçilərimizin geri qayıtması ilə bağlı mənim xəbərim olan heç bir şərt irəli sürülməyib”, deyə Bodnar qeyd edib.

Onun sözlərinə görə, bu proses Türkiyə üçün vacibdir. Çünki, bu, onun reytinqini yüksəldir.

“Nəzərə almayaq ki, bu, Ukraynaya qarşı yalnız mehriban jestdir. Amma bu, həm də Türkiyənin Rusiya tərəfi ilə ünsiyyətdə mövqeyinin güclənməsidir”, deyə Bodnar bildirib.

Səfir bildirib ki, komandirlərin azad edilməsi üçün danışıqlar bir neçə ay davam edib və bu prosesə bütün diplomatik heyət cəlb olunub:

“Hazırlıq işləri bir neçə ay davam etdi. Prezident təkcə səfər zamanı deyil, əvvəl də prezident Ərdoğanla da danışıqlar aparırdı, bundan əvvəl də bir neçə telefon danışığı olub, təmaslar davam edir”.

Qeyd edək ki, iyulun 8-də 2022-ci ilin sentyabrından Türkiyədə olan “Azovstal”ın müdafiəçiləri Ukraynaya təhvil verilib. Bunlar Denis Prokopenko, Svyatoslav Palamar, Serhiy Volınski, Oleq Xomenko, Denis Şleqadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar