Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron: Rusiya müharibədə qalib gəlməməlidir...

Fransa prezidenti Emmanuel Makron əmin edib ki, NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirakı məsələsi gündəmdə deyil...

Poliqon xəbər verir ki, Makron bunu NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib. Fransa prezidenti vurğulayıb ki, alyans Kiyevi dəstəkləməyə davam edəcək, çünki NATO Rusiyanın qalib gəlməsinə imkan vermək istəmir.

“Ukraynadakı münaqişədə ittifaqın birbaşa iştirakı haqqında danışmasaq da, müttəfiqlərin effektiv dəstək verməyə davam etməsi çox vacibdir. Rusiya müharibədə qalib gəlməməlidir, təkcə Ukraynanın gələcəyi deyil, həm də qitədəki hər kəsin sülhü və təhlükəsizliyi təhlükə altındadır”, - deyə Makron bildirib.

Makronun fikrincə, Fransa və müttəfiqlərinin Ukraynaya verdiyi dəstək faydalı olmaqda davam edir. Həmçinin Fransa prezidenti RusiyaNATO müttəfiqlərinin birliyini zəiflətməyə və parçalamağa çalışmaqda ittiham edib.

“Biz əvvəlki sammitdə qəbul edilmiş qərarlara uyğun olaraq NATO-nun çəkindirmə və müdafiə imkanlarını gücləndirməyə davam edəcəyik”, deyə Fransa lideri söz verib.

Xatırladaq ki, fevral ayında Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib. May ayında o, yenidən Kiyevdən müvafiq müraciət olacağı təqdirdə hadisələrin belə inkişafının mümkün olduğunu bildirib. NATO-nun baş katibi Yens Stoltenberq əmin edib ki, alyans Ukraynaya hərbi personal göndərməyi planlaşdırmır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

“Baku TV” iyulda yutub reytinqinə görə ölkədə birinci olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay