Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parkinqlə bağlı SMS-lər pullu oldu

“Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 0.10 AZN ödəniş çıxılması ilə bağlı iddialar yayılıb...

Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Onların sözlərinə görə, 24 iyundan etibarən sözügedən SMS-lər pullu olub.

Sürücülər qeyd edir ki, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın kontur hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az belə istifadə edənlər ümumilikdə 0.20 AZN ödəniş etməlidirlər. 

Buna müvafiq olaraq 15 dəqiqəni keçdiyi halda avtomobillə parkinqə giriş və çıxış üçün göndərilən SMS-ə görə çıxılan pul isə ümumi parkinq pulunun üstünə gəlir.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Parklanmaya görə SMS-lərin ödənişli olması ilə bağlı bildiririk ki, bu, “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil. “Azercell” mobil operatoru tərəfindən bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir.

Parklanmaya görə ödənişləri SMS-lə yanaşı, “Azparking” mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. “Azparking” mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay