Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden F-16-ların Türkiyəyə tədarükünün bir ay ərzində həll edəcəyinə söz verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, amerikalı həmkarı Co Bayden ona Ankaraya F-16 qırıcılarının tədarükü məsələsini 3-4 həftə ərzində həll edəcəyinə söz verib...

Poliqon xəbər verir ki, Türkiyə prezidenti bu barədə Alyansın sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Ərdoğanın sözlərinə görə, amerikalı həmkarı ilə son iki gün ərzində Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində bu məsələni müzakirə edib.

“Cənab Baydenlə dünən axşam və bu gün danışdıq. O, F-16-ların tədarükünün üç-dörd həftəyə həll edəcəyinə söz verdi. Mən bu gün ayrılarkən ona bir daha xatırlatdım. Ehtiyat hissələri məsələsi də bizim öz aramızda müzakirə etdiyimiz məsələdir”, deyə cənab Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə 2021-ci ildən bəri ABŞ-dan F-16 qırıcıları almaq istəyir. Bu ilin fevral ayında ABŞ Konqresi Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışını təsdiqləyib.

Türkiyənin “Hürriyyət” qəzeti isə F-16-ların tədarükünün çoxlu sayda sifariş səbəbindən 2028-ci ilə qədər təxirə salına biləcəyini yazıb.

Poiqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay