Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin: "Qərb güc və şantaja əl atır"

"Qızıl milyard" ölkələri şantaj və güc istifadə edərək dünyada dominantlığı qorumaq istəyirlər. Qərb beynəlxalq hüququ özləri üçün əlverişli olan və hər dəfə dəyişən qaydalarla əvəz edir"...

Oxu.Az-ın smotrim.ru-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS parlament forumunda bildirib.

Rusiya prezidentinin sözlərinə görə, "qızıl milyard" ölkələri klassik müstəmləkəçilik ənənələrinə uyğun olaraq hər vəziyyətdə özləri üçün əlverişli qaydalar yaradırlar, bəzən hətta öz xalqlarının uzunmüddətli maraqlarına zərər vururlar.

Putinin fikrincə, beynəlxalq hüququ özlərini müstəsna hesab edənlərin maraqlarına uyğun olaraq hər dəfə yenidən yazılan və dəyişdirilən qaydalarla əvəz etmək cəhdləri baş verir.

"Qanunvericilərin birbaşa əlaqələr qurmaq cəhdlərini məhdudlaşdırmağa çalışırlar, halbuki bu, hər bir ölkənin öz maraqlarını müdafiə etmək hüququna malik olması ideyasına ziddir. Eyni zamanda, real güc balansını və geosiyasi reallığı əks etdirən yeni dünya quruluşu sistemi formalaşır, bu, ağrılı və mürəkkəb bir prosesdir", - deyə o qeyd edib.

Poliqon.info

 


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar