Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlərinizi günəş şüasından belə qoruyun

Hava istiliyinin artması gözlərə də təsir edir. Gözlərin uzun müddət günəş işığına məruz qalması nəticəsində gözdə günəş yanıqlarının meydana çıxa biləcəyi barədə mütəxəssislər xəbərdarlıq edib...

Poliqon axşam.az-a istinadən bildirir ki, günəş işığının bədənimiz üçün unikal vitamin qaynağı olduğu deyilsə də, yüksək miqdarda günəş işığına məruz qalmağın həm dərimizə, həm də gözümüzə qalıcı zərər verə biləcəyi danılmazdır.

Xüsusilə uşaq və gənclər yay aylarında evdən kənarda, parklarda və dəniz kənarında daha çox vaxt keçirirlər. "Günəş Retinopatiyası" dediyimiz gözün tor qişasında günəş yanığı əmələ gələ bilər. Bu xəstəliyə görə gözlərdə katarakt meydana gələ bilər və ya daha irəli bir mərhələdə görmə itkisi meydana çıxar.

"Günəş Retinopatiyası"nın dəqiq bir müalicəsi olmadığı məlumdur. Ona görə də mütəxəssislər gözümüzü günəşdən qorumağı tapşırırlar. Günəşə və digər parlaq işıq mənbələrinə baxmaq təhlükəlidir. 

Günəş şüalarının gözə zərər verdiyi halda göz qapaqlarında sulanma, yanma, qıyma kimi simptomların müşahidə olur. Əlamətlər adətən günəşə məruz qaldıqdan 1-4 saat sonra özünü büruzə verir. Görmənin azalması, cisimləri əyri qəbul etmə, obyektləri olduğundan daha kiçik görmə, mərkəzdə və mərkəzi görmədə qaranlıq bölgələr, obyektləri olduğundan fərqli rənglərdə qəbul etmək, işığa həssaslıq, baş ağrısı və ya göz ağrısı yaranır.

Günəş şüalarından qorunmaq üçün günəş eynəyi istifadə edilməsi vacibdir. Günəş eynəkləri zərərli dalğa uzunluqlarını kəsən və bloklayan bir quruluşa sahib olmalıdır. Bu qorunma xüsusilə günəşin gözümüzə dik olduğu saatlarda vacibdir. Yayda günəş şüaları, günəş daha yuxarıda olur. Başımızın yuxarısına doğru gəldiyi üçün gözlər qismən qorunsa da, yay aylarında ağ və parlaq səthlərdən əks olunan günəş işığı daha çox olduğu üçün həssaslığa səbəb olur.

Poliqon.info


Etiket: Gözlər Günəş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Ən çox oxunanalar