Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COP29 viza müraciət sistemi aktivləşdirilib

Azərbaycan qeydiyyatdan keçən iştirakçıların ölkəyə rahat girişini təmin etmək məqsədilə xüsusi COP29 viza müraciət sistemi yaradılıb...

Poliqon xəbər verir ki, bu barədə COP29-un rəsmi saytında məlumat yerləşdirilib.

Bildririlib ki, cOP29 xüsusi vizası birdəfəlik giriş vizası olacaq. Əgər iştirakçı Azərbaycanı tərk etmək və COP29-un keçirildiyi müddətdə yenidən Azərbaycana geri qayıtmaq istəsəsə, o zaman UNFCCC qeydiyyat nömrənizdən istifadə edərək və daha əvvəl keçdiyi prosesi təkrarlayaraq, COP29 xüsusi vizası üçün yenidən müraciət etməli olacaq.

Qeyd edilib ki, COP29 və sessiya öncəsi görüşlər üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti Azərbaycana daxil olduqları tarixdən ən azı altı ay sonrakı müddət üçün etibarlı olmalıdır.

Bundan əlavə, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara UNFCCC qeydiyyatını təsdiqləyən e-poçt vasitəsilə viza üçün müraciət linki göndəriləcək:

“COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaqdır. Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar”, - deyə məlumatda bildirilib.

Bunun üçün iştirakçılar link vasitəsilə viza portalına daxil olaraq formanı doldurmalı və tələb olunan sənədləri yükləyərək təsdiq üçün təqdim etməlidir:

“Təsdiq edildikdən sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün sizə vizanızı təsdiq edən e-poçtla link göndəriləcəkdir. İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtudakı viza portalı linkindən istifadə edilməlidir”.

Həmçinin iştirakçılar vizaların verilməsi ilə bağlı suallar üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Poliqon.info


Etiket: COP29


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay