Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: "Qərbin Rusiyaya münasibəti Ukrayna böhranını dərinləşdirir"

"Rusiya və Türkiyə mühakimələrə əsaslanan siyasət hazırlamır. Onlar münaqişəli vəziyyətlərlə bağlı danışıqlar zamanı məntiqlilik prinsipinə riayət edirlər"...

Oxu.Az-ın "Newsweek"ə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, əlavə edib ki, bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirmək istəyir:

"Təbii ki, biz cənab Putinlə hər şeydə razı deyilik. Lakin biz məsələləri bir-birimizlə müzakirə etmək və onların həlli yollarını konkret şəkildə araşdırmaq qabiliyyətindəyik".

Türkiyənin dövlət başçısı bəzi Qərb ölkələrinin Rusiyaya münasibətilə Kiyevin vəziyyətini daha da pisləşdirdiyini deyib.

"Ankara Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Mən yaranmış vəziyyəti "oda benzin tökməklə" pisləşdirən Qərb müttəfiqlərini başa düşmürəm. Bu, Ukraynaya xeyirdən çox ziyan gətirdi", - deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan, həmçinin bəyan edib ki, NATO-nun MoskvaKiyev arasındakı münaqişəyə münasibətdə indiki kursu nəzarətsiz eskalasiyaya və blokun Rusiya ilə toqquşmasına gətirib çıxara bilər.

Ərdoğan Türkiyənin NATO-ya üzv olmasına baxmayaraq, bunun onun Çin və Rusiya kimi ölkələrlə müsbət münasibətlər qurmaq, BRICS və ŞƏT ilə əməkdaşlıq etmək qabiliyyətinə mane olmadığını deyib.

"Biz ŞƏT-i NATO-ya alternativ hesab etmirik və BRICS-i hər hansı digər struktura alternativ kimi görmürük. Biz üzvü olduğumuz bütün strukturlarda etibarlı tərəfdaş mövqeyimizi qoruyub saxlayırıq və möhkəmləndiririk. Məhz buna görə də NATO üzvü olaraq ŞƏT, BRICS, Aİ və ya Türk Dövlətləri Təşkilatı ölkələri ilə qarşılıqlı əlaqəni problem hesab etmirik", - deyə Ərdoğan qeyd edib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay